Beynəlxalq Ərəb Dili Günü qeyd edilib

Azərbaycan Dillər Universitetində  Beynəlxalq Ərəb Dili Günü keçirilib. Olaylar.az bildirir ki, 2017-ci il-“İslam Həmrəyliyi İli” çərçivəsində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə keçirilən ərəb mədəniyyəti festivalında Fələstin dövləti, Səudiyyə Ərəbistanı, Mərakeş krallıqları, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Sudan və Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, həmçinin səfirliklərin nümayəndələri iştirak edib.

Azərbaycan Dillər Universitetində  Beynəlxalq Ərəb Dili Günü keçirilib.

Olaylar.az bildirir ki, 2017-ci il-"İslam Həmrəyliyi İli" çərçivəsində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə keçirilən ərəb mədəniyyəti festivalında Fələstin dövləti, Səudiyyə Ərəbistanı, Mərakeş krallıqları, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Sudan və Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, həmçinin səfirliklərin nümayəndələri iştirak edib.

Tədbirdən öncə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla ərəb dövlətlərinin təmsilçiləri ilə görüşüb. Qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla Beynəlxalq Ərəb Dili Günü münasibətilə onları təbrik edib. 

Rektor Kamal Abdulla ərəb dilinin möhtəşəm və qiymətli, o cümlədən "Qurani-Kərim"in dili olaraq müqəddəs dil olduğunu söyləyib. O, universitetdə ərəb dili ixtisasının genişlənməsi istiqamətində səfirlərin öz töhfələrini verəcəklərini deyib və onları "Səfir saatı" klubunda mühazirə oxumağa dəvət edib. 

Fələstin dövlətinin səfiri Nasir Əbdül Kərim Beynəlxalq Ərəb Dili Günü münasibəti ilə ADU-da olmaqdan şad olduğunu bildirib. Ərəb dilinin 2000 ildən çox tarixə malik olduğunu deyən səfir bu dilin 1400 il bundan əvvəl müsəlmanların müqəddəs kitabı Qurani-Kərim vasitəsi ilə dünyaya səs saldığını qeyd edib. 

Sonra Ərəb dünyası və Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələr haqqında videoçarx nümayiş olunub.

ADU-nun tələbələrinin ifasında xor və popuri, ərəb dilində bir neçə mahnı ifa olunub.

ADU-nun binasında ərəb dövlətlərinin mətbəxi və simvolik əşyalarının sərgisi də keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31