Cari ilin oktyabrında ən çox bu smartfonlar satılıb
“Apple” şirkətinin yeni qurğuları smartfonlar arasında satış sayına görə ilk iki yeri tutub. “Counterpoint” analitiklərinin məlumatına görə, cari ilin oktyabrında smartfonlar arasında satışların sayına görə “iPhone 8” birinci, “iPhone 8 Plus” isə ikinci yeri tutublar.
15 Dekabr 2017 19:05 Dünya"Apple" şirkətinin yeni qurğuları smartfonlar arasında satış sayına görə ilk iki yeri tutub.
"Counterpoint" analitiklərinin məlumatına görə, cari ilin oktyabrında smartfonlar arasında satışların sayına görə "iPhone 8" birinci, "iPhone 8 Plus" isə ikinci yeri tutublar.
Yeni statistika 8-ci nəsil smartfonun əvvəlki nəsillə oxşar dizaynına görə "Apple" tarixində ən uğursuz olacağı ilə bağlı fikirləri alt-üst edib.Smartfon satışlarının sayına görə üçüncü yerdə "Samsung Galaxy Note 8" qərarlaşıb. "ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən xəbər verir.