“Müasir idarəetmə” mövzusunda konfrans keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Həkim-Sanitar Xidmətinin “Müasir idarəetmə” mövzusunda Ikonfrans keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, iki gün davam edən Konfransa dəmir yolunda çalışan və digər tibb müəssisələrindən təcrübəli mütəxəssislər dəvət edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-də Həkim-Sanitar Xidmətinin "Müasir idarəetmə" mövzusunda Ikonfrans keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, iki gün davam edən Konfransa dəmir yolunda çalışan və digər tibb müəssisələrindən təcrübəli mütəxəssislər dəvət edilib. Konfransı giriş sözü ilə açan Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov qeyd edib ki, konfransın əsas məqsədi Həkim- Sanitar Xidmətinin idarəetmə sisteminin dəyişməsi ilə əlaqədar, struktura daxil olan tibb müəssisələrində yaranan suallara cavab olaraq, müasir idarəetmə işləri üzrə maarifləndirmə və tibb müəssisələrinin fəaliyyətinin real vəziyyətinin təhlilidir. "ADY" QSC-ninHəkim Sanitar Xidmətində aparılan islahatlar çərçivəsində mövcud tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi, onların əhalinin sağlamlığının qorunmasında, o cümlədən nəqliyyatın ən vacib qolu olan dəmir yolunun bütün sahələrində dəmiryolçulara aidiyyatı üzrə (ilkin, dövrü, ambulator və stasionar) göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasıdır. Dəmir yolunun beynəlxalq çıxışlarının artması ilə əlaqədar tibb və sanitariya sahəsində görülən işlərin gücləndirilməsi, dəmiryolçuların, o cümlədən müraciət edən hər bir vətəndaşın sağlamlığının keşikçisi prinsipinə daha da mükəmməl əməl edilməsi də qarşıya qoyulan əsas vəzifələrdəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31