Deputat penitensiar xidmətdən danışdı

 Milli Məclisin iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub. “Olaylar”ın məlumatına görə, çıxış edən deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.

Milli Məclisin iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub. "Olaylar"ın məlumatına görə, çıxış edən deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir. O, qeyd edib ki, xidmət nəzarətdən kənarda qalıb: "Ədliyyə naziri özü də dəfələrlə Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib". Deputat Milli Məclisin bu məsələləri nəzarətə götürməsini təklif edib.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31