Əmək Nazirliyində Niyyət Məktubu imzalanıb
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar.
15 Dekabr 2017 14:46 SosialBirləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar.
Niyyət Məktubunda BMTİP və BƏT-in məşğulluq, aktiv əmək bazarı proqramları sahələrində və ümumilikdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında fəaliyyətlərini genişləndirməkdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə aktiv əmək bazarı proqramlarını, xüsusilə də özünüməşğulluq proqramını idarə etmək potensialını artırmaqda maraqlı olduqları bildirilir. Sənəddə Azərbaycan Respublikasında özünüməşğulluq proqramının həyata keçirilməsi və genişləndirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək istəyi əksini tapır. Qeyd olunur ki, gözlənilən nəticə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə gündəliyin, məşğulluq strategiyasının və özünüməşğulluq proqramının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək göstərilməsinə yönələn, bir-birini tamamlayan və bir neçə məqsədə eyni zamanda nail ola bilmək imkanı verən layihələr və təşəbbüslər olacaqdır.