“Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransı giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bildirib ki, konfransın əsas məqsədi Azərbaycanın 2025-ci ilədək İKT sektorunun inkişaf perspektivlərinin müəyyən edilməsidir.
15 Dekabr 2017 14:58 SosialAzərbaycan Texniki Universitetində (AzTU) "Rəqəmsal Azərbaycan-2025" mövzusunda konfrans keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfransı giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov bildirib ki, konfransın əsas məqsədi Azərbaycanın 2025-ci ilədək İKT sektorunun inkişaf perspektivlərinin müəyyən edilməsidir. Prorektor Azərbaycanın demokratik ölkə olduğuna diqqət çəkərək qeyd edib ki, ölkəmizdə İKT sahəsinin inkişafı dövlət üçün daima strateji hədəflərdən olub. Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, fəlsəfə elmləri doktoru Reyhan Hüseynova da çıxışında İKT sahəsinin inkişaf etdirilməsi üçün son illər görülən işlərdən danışıb. Minilliyin Layihəsinin Baş direktoru Jeron Glenn onlayn şəkildə konfransa qoşularaq iştirakçılara uğurlar arzulayıb və İKT sahəsində müəyyən olunmuş gələcək trendlər haqqında danışıb. Jeron Glenn qeyd edib ki, ölkəmizdə İKT ilə bağlı görülən işlər ABŞ alimləri, xüsusi ilə Silkon vadisi tərəfindən diqqətlə izlənilir və beynəlxalq texnoparklarda Azərbaycanlı gənclərin ideyalarına böyük ehtiyac var. Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov "2025-ci ilədək Azərbaycanda yüksək texnologiyaların əsas tendensiyalarının dinamikası" mövzusunda çıxış edib.