“Qazprom” separatçı Dağlıq Qarabağı təbii qazla təmin edir
Son aylarda istər Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik fəallığı təəssüflər oldun ki, elə də ciddi nəticə vermədi. Ən son həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin Vyanada keçirdiyi görüşdə də tərəflər münaqişənin həlli istiqamətində hər hansı bir razılığa gələ bilmədilər. Ənənəvi olaraq həmsədrlər xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlama verməklə kifayətləndilər. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyir ki, həmsədr dövlətlərin Dağlıq Qarabağ tənzimlənməsində köhnə baza üzərində yeni yanaşma qurduqlarını konstatasiya etmək olar. Onun sözlərinə görə, ATƏT-in Vyana ministerialında Minsk Qrupu həmsədr ölkə nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə bəyanat yaydılar: “Hər il ATƏT ministerialında belə bəyanat yayılır.
15 Dekabr 2017 14:00 SiyasətMübariz Əhmədoğlu: ""Qazprom"un bu addımı beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulmasıdır"
"Görünür, təkcə Xarici İşlər Nazirliyi deyil, həm də "Qazprom" vasitəsilə Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin uzun müddət tənzimlənməmiş qalmasında marağını nümayiş etdirir"
Son aylarda istər Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik fəallığı təəssüflər oldun ki, elə də ciddi nəticə vermədi. Ən son həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin Vyanada keçirdiyi görüşdə də tərəflər münaqişənin həlli istiqamətində hər hansı bir razılığa gələ bilmədilər. Ənənəvi olaraq həmsədrlər xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair açıqlama verməklə kifayətləndilər. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyir ki, həmsədr dövlətlərin Dağlıq Qarabağ tənzimlənməsində köhnə baza üzərində yeni yanaşma qurduqlarını konstatasiya etmək olar. Onun sözlərinə görə, ATƏT-in Vyana ministerialında Minsk Qrupu həmsədr ölkə nümayəndə heyətlərinin başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə bəyanat yaydılar: "Hər il ATƏT ministerialında belə bəyanat yayılır. Avstriyanın ATƏT-ə sədrliyi MDB məkanındakı münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi prizmasından çox sönük keçdi. Bu ölkədaxili proseslərlə əlaqəlidir. Lakin Avstriyanın passiv sədrliyi həmsədr ölkə nümayəndə heyətləri başçılarının birgə bəyanat verməsinə maneçilik törətmədi". Politoloq həmsədr ölkələrin nümayəndə heyəti başçılarının bəyanatında yer alan fikirlərə də diqqət çəkib: "Bəyanatda prezidentlərin 2017-ci ilin 16 oktyabrında Cenevrə görüşü dialoqun yenidən dirçəlməsi kimi təqdim edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə verdiyi bəyanat həmsədr ölkə nümayəndələrinin başçıları tərəfindən təsdiqləndi. Ermənistan dialoqun baş tutması üçün prezidentlərin Vyana və Sankt-Peterburq görüşündə əldə olunmuş razılaşmalara riayət etməyi şərt kimi irəli sürürdü. İlham Əliyev həm heç bir şərtin qəbul edilməyəcəyini, həm də dialoqun başlayacağını ultimatum formada bildirmişdi. Prezidentlərin Cenevrə görüşü bu kontekstdən Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət mərhələsidir. Bundan başqa "Siyasi tənzimlənmə" termini Dağlıq Qarabağ tənzimlənməsinə rəsmən daxil edildi. "Siyasi tənzimlənmə" "dinc tənzimlənmə"dən fərqlidir; Tənzimlənmədən yayınan tərəflərə qarşı müəyyən siyasi addımlar atıla bilər. Həmçinin bəyanatda sonrakı maneələrin tənzimlənməni mürəkkəbləşdirəcəyi və tərəflərin davamlı müqavilə əldə etməsinə sadiqliyini şübhə altına qoyacağı bildirilir". Politoloq deyib ki, bu ikimənalı tezisdir: "Azərbaycan Kaspşikin missiyasının genişlənməsinə razılıq verib, amma bu missiyanın fəaliyyətinin lokallaşacağı ərazi hələ də mübahisəlidir. Bunu Azərbaycanın tənzimlənməni yubatması kimi təfsir edə bilərlər. Bəyanatda, həm də prezidentlərin Paris görüşündə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsi də yer aldığını nəzərə alsaq günahkar Ermənistan olur. Başlanğıc nöqtəsi kimi prezidentlərin 2014-cü ilin oktyabrında Paris görüşü zamanı razılaşdırılmış Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi məsələsi götürülür. Ermənistan prezidenti Serj Sərkisyan Parisdə buna etiraz etmədi, Ermənistana qayıdan kimi Dağlıq Qarabağda erməni qoşun birləşmələrinin ən çoxsaylı və geniş miqyaslı təlimini keçirdi və bu təlimdə şəxsən iştirak etdi. Ermənistan respublikasına məxsus helikopterlərə Ağdama daxil olmaq əmrini verdi. Nəticədə, helikopterlərdən biri vuruldu". Mübariz Əhmədoğlunun sözlərinə görə, itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi Ermənistanı qane etməyən iki faktoru diktə edir: "Birincisi, Dağlıq Qarabağda və digər işğal olunan ərazilərdə döyüş gedən əraziləri, məzarlıqları müəyyənləşdirmək üçün həmin yerlərin sakinləri olmuş azərbaycanlılar o ərazilərə baş çəkməlidirlər. Bu ünsiyyət yerli ermənilərdə Azərbaycana rəğbəti artıra bilər və erməni gənc nəslində Serj Sərkisyanın təbliğatına şübhələr yaradacaqdır. İkincisi, DNT analizi məzarlıqlarda ölənlərin böyük əksəriyyətinin azərbaycanlılar olduğunu bəlli edəcək. Bununla da Ermənistanın Dağlıq Qarabağ münaqişəsi barədə təbliğatının bünövrəsi ciddi zərbə alacaq. Dünya həqiqətləri biləcək". Politoloq onua da diqqət çəkib ki, "Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmalar yerinə yetirilməlidir" erməni şablonu "prezidentlərin Paris, Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmaları yerinə yetirilməlidir" tezisi ilə əvəzlənir: "Ermənilər və azərbaycanlılar arasında dialoqun bərpası alqışlanır. Bu dialoq Dağlıq Qarabağ azərbaycanlıları ermənilər tərəfindən deportasiya olunduqdan sonra pozulub. İndi də dialoqun bərpasının ən böyük maneəsi Serj Sərkisyanın şəxsi göstərişidir. Məhz Serj Sərkisyanın bu göstərişi Dağlıq Qarabağ azərbaycanlıları və Dağlıq Qarabağ erməniləri ilə dialoqunu siyasiləşdirib. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin kəsilməsinin əsas məsuliyyəti Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə qoyulur. Başqa sözlə, ermənilərin Dağlıq Qarabağı tərəf kimi görmək arzusu yenidən ciddi zərbə aldı. "Münaqişənin kəsilməsi" termini də ilk dəfə tətbiq olunur. Bütün bunları ümumiləşdirsək, həmsədrlərin köhnə baza üzərində yeni yanaşma qurduqlarını konstatasiya edə bilərik". Politoloq onu da bildirib ki, Birləşmiş Ştatlarla Rusiya Federasiyası arasında gərgin vəziyyət Dağlıq Qarabağ tənzimlənməsinin tormozlanmasına deyil, həllinə yönəldiyini daha çox ehtimal etmək olar: "Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla tənzimlənməsi istiqamətində həmsədr dövlətlərin siyasi iradəsi ortalıqdadır. Edvard Nalbandyan azərbaycanlı həmkarı ilə görüşü həmişə yubatmağa çalışardı. Bu dəfə ilk gündə görüşdü". Mübariz Əhmədoğlu hesab edir ki, hazırkı situasiyada Ermənistan üçün çox çətin vəziyyət yaranıb: "Azərbaycan ordusu həmsədr ölkələrin siyasi iradəsinə dəstək versə, münaqişə daha tez həll oluna bilər. Rusiya Federasiyası Dağlıq Qarabağı qazla təmin etməsini Azərbaycanla svop əməliyyatı adı ilə rəsmiləşdirməlidir. Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyi Azərbaycanda bu dövlətə qarşı münasibəti formalaşdıran əsas kriteriyadır. Dağlıq Qarabağ münaqişəsinin Birləşmiş Ştatlar tərəfindən SSRİ-yə qarşı başlandığını çox az adam bilir. Böyük əksəriyyətin fikrincə, Dağlıq Qarabağ münaqişəsini Rusiya başlayıb, münaqişənin həllinə imkan verməyən də məhz odur; Rusiya Federasiyası bununla Ermənistan və Azərbaycanı öz nəzarəti altında saxlayır. Rusiyanın müasir siyasətində baş verənlər antiRusiya düşüncəli adamlarımızın mövqeyini möhkəmləndirir, sayını artırır". Politoloq bir məsələyə də diqqət çəkib. O, qeyd edib ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi dəfələrlə bir-birinə daban-dabana zidd bəyanatlar verib: "Ermənistan prezidenti Serj Sərkisyan dəfələrlə rusiyalı həmkarı Vladimir Putinin təklifindən imtina edib, amma reaksiyasız qalıb; Vladimir Putin bir neçə dəfə təşəbbüs irəli sürsə də sonradan təşəbbüsünü sona çatdırmayıb. Ən bariz misal prezidentlərin Sankt-Peterburq (iyun 2016-ci il) görüşüdür. Bir qrup Rusiya siyasətçisi, jurnalisti dəfələrlə Dağlıq Qarabağda olublar. Bunları Rusiyadakı ermənilərin əməlləri hesab etmək olar. Rusiya vətəndaşı olan ermənilərin Dağlıq Qarabağa hərbi yardımını erməni millətçiliyi ilə əlaqələndirmək olar. Amma Dağlıq Qarabağ münaqişəsi dövründə dəyişilməz bir parametr mövcuddur və bu yalnız dövlətlə əlaqəli məsələdir; "Qazprom" separatçı Dağlıq Qarabağı təbii qazla təmin edir. "Qazprom"un bu addımı beynəlxalq qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Haçansa, Qərb bu məsələyə görə "Qazprom"u ciddi cəzalandıracaq. Qərbin ermənipərəstliyi hələ ki, buna imkan vermir. "Qazprom"un bu fəaliyyəti Azərbaycanla Rusiya Federasiyası arasında inam potensialının güclənməsinin ən ciddi maneəsidir. Bu həm də Rusiyada separatçılığın təşviqi kimi şərh oluna bilər. Rusiya regionları sabah federasiyanın ərazi bütövlüyünə qarşı çıxış etsələr də "Qazprom" onları qazla təmin edəcək?. "Qazprom"-un separatçı Dağlıq Qarabağı təbii qazla təmin etməsini qəlizləşdirən əsas cəhət onun həllinin sadəliyidir. "Qazprom" SOCAR-la (ARDNŞ) svop əməliyyatı adı ilə Azərbaycan qazını Dağlıq Qarabağa nəql edə bilər. Bu artıq münaqişənin həllinə yardım edən məsələdir. "Qazprom" bu sadə sənədləşməni reallaşdırmaq istəmir. Görünür, təkcə Xarici İşlər Nazirliyi deyil, həm də "Qazprom" vasitəsilə Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin uzun müddət tənzimlənməmiş qalmasında marağını nümayiş etdirir".
Məhəmməd