Parlamentin Silahlı Qüvvələr üzərində nəzarəti təklif olunub

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti təklif edilib. “Olaylar”n məlumatına görə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa belə bir təkliflə çıxış edib. Bildirib ki, yeni sənədin 15-ci (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) maddəsində bununla bağlı əlavələr edilməlidir.

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti təklif edilib. "Olaylar"n məlumatına görə, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa belə bir təkliflə çıxış edib. Bildirib ki, yeni sənədin 15-ci (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) maddəsində bununla bağlı əlavələr edilməlidir.
 Qeyd edək ki, maddədə bildirilir ki, Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir. Silahlı Qüvvələrin fəaliyyətinə idarədaxili nəzarəti Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların komandanlığı və həmin qurumların daxil olduğu dövlət orqanlarının rəhbərləri həyata keçirir. Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31