"Qarabağ" - "Beşiktaş" yoldaşlıq oyunu haqda RƏSMİ AÇIQLAMA
“Qarabağ” komandasının qış fasiləsindəki fəaliyyət planı açıqlanıb. Komanda bu gün Azərbaycan kuboku uğrunda keçiriləcək son matçdan sonra qış fasiləsinə yollanacaq.
15 Dekabr 2017 13:41 İdman"Qarabağ" komandasının qış fasiləsindəki fəaliyyət planı açıqlanıb. Komanda bu gün Azərbaycan kuboku uğrunda keçiriləcək son matçdan sonra qış fasiləsinə yollanacaq.
9 yanvar tarixində isə Türkiyənin Antaliya şəhərinə təlim-məşq toplantısı üçün səfər edəcək. Qardaş ölkənin Aralıq dənizi sahilində yerləşən Bələk qəsəbəsində 24 günlük təlim-məşq toplantısı keçirəcək. Bu zaman ərzində "Qarabağ" Türkiyənin 5-6 klubu ilə hazırlıq matçına çıxacaq.
"Qarabağ"ın mətbuat xidmətindən Nurlan İbrahimovun verdiyi məlumata görə, yoldaşlıq matçına çıxacaq komandaların adları rəsmiləşdirilməsə də, onlar arasında "Beşiktaş" komandasının olmayacağı dəqiqdir. Publika.az