Gündəm

"Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib"

18 Dekabr 2017 13:12

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib. Bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib. O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra təqribən 300 minə yaxın azərbaycanlı Ermənistandan qovulub: "Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində isə 700 minə yaxın həmyerlilərimiz məcburi köçkün vəziyyətinə düşüb".

"Azərbaycanla Aİ arasında hərtərəfli razılaşmanın hazırlanması istiqamətində iş davam etdirilir"

18 Dekabr 2017 13:09

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında dinamik və səmərəli əməkdaşlıq mövcuddur. Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib. O qeyd edib ki, bu əməkdaşlığa misal olaraq bu yaxınlarda Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitini göstərmək olar. Səfir bildirib ki, Azərbaycanla Aİ arasında hərtərəfli razılaşmanın hazırlanması istiqamətində işlər aparılır. K.Yankauskas əlavə edib ki, Avropa İttifaqı Azərbaycan Dövlət Miqrasiya Xidməti və digər dövlət strukturları ilə birgə proqramlar həyata keçirir.

Siyavuş Novruzov: "Bəzi ölkələr imkan yaradır ki, İslamı onların istədikləri kimi təqdim etsinlər"

18 Dekabr 2017 13:06

Dünyada İslam dinini tamamilə yanlış şəkildə təqdim edirlər. Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda bəzi ölkələr buna imkan yaradır ki, İslamı onların istədikləri kimi təqdim etsinlər.

Rəqqasə Fatimənin bağ evinin görüntüləri - VİDEO

18 Dekabr 2017 13:04

Xəzər TV-də yayımlanan "Evdəkilərə Salam" verilişi bu dəfə Rəqqasə Fatimənin bağ evində olub.  Fatimə evinin qapısını çəkiliş qrupunun üzünə açıb və ailəsi barədə danışıb.

Fədayə Laçının bu zamana kimi sirr qalan rəfiqəsinin adını EFİRDƏ AÇIQLADI

18 Dekabr 2017 13:00

Bu gün "Hər şey daxil" verilişində Tolik maraqlı açıqlaması ilə diqqət çəkib. Tanınmış prodüser ekspert qismində iştirak etdiyi verilişdə üzünü studiadakılara tutaraq "Lalə Məmmədova ilə Fədayə Laçının, sizcə, dostluğu alınar? Oxumaq tərzləri də tam başqa-başqadır. Dünya baxışları tam fərqlidir" deyib.

NATO: "Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regiona müsbət təsir edəcək"

18 Dekabr 2017 12:59

Dağlıq Qarabağ münaqişəsinin həlli bütün regiona müsbət təsir edəcək. Bunu Ermənistanda səfərdə olan NATO baş katibinin müavinin Ruz Qotemuller deyib.

Saakaşvili dindirilmədə: "Ukrayna prokurorlarına hörmət etmirəm, qanunlarına isə..."

18 Dekabr 2017 12:57

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib. O, cinayətkar təşkilatların üzvlərinə kömək göstərmək ittihamı ilə dindirilməyə çağırılıb.

Efiopiyada silahlıların hücumu zamanı 60-dan çox etnik somalili ölüb

18 Dekabr 2017 12:55

Efiopiyada silahlıların hücumu nəticəsində 60-dan insan ölüb. Bu barədə “ECADF Ethiopian” xəbər portalı məlumat yayıb. Hadisə Somali ilə sərhəddə yerləşən Qərbi Harare ərazisində baş verib.

"Neftçi" qapıçı axtarır

18 Dekabr 2017 12:54

"Neftçi" klubu komandadan gedişi gözlənilən Maksim Vaylonun əvəzinə yeni qapıçı axtarışlarına başlayıb. Azərbaycan Kubokunda bəxti gətirməyən komandanın ilk hədəfi hazırda "Qəbələ"də çıxış edən Aqil Məmmədovun geri qaytarılmasıdır.

"UĞUR” Milli Mükafatının laureatı bəlli oldu

18 Dekabr 2017 12:49

İqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının 2017-ci il üzrə təqdimetmə mərasimi keçirilib. “Made in Azerbaijan” brendinin təşviqində verdiyi tövhəyə görə” “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi “UĞUR” Milli Mükafatına layiq görülüb. Standartlaşdırma, Metrologiya və Potent üzrə Dövlət Komotəsindən “Olaylar”a verilən məlumata görə, təqdimetmə mərasimində çıxış edən mərkəzin Baş direktoru v.i.e. Günel Sevdimalıyeva bildirib ki, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquq şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-cı il tarixli Fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib.

145 dövlət əmlakı hərraca çıxarılıb

18 Dekabr 2017 12:47

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 yanvar tarixində keçiriləcək hərracda 145 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Bunlardan 68-i kiçik dövlət müəssisə və obyekti, 49-u istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir.

Narkotik qaçaqmalçıları ən çirkin üsullara əl atırlar

18 Dekabr 2017 12:45

Narkotik qaçaqmalçılığı təkcə narkomaniyanın yayılması və narkotik təsiri altında cinayətlərin törədilməsinə imkan yaratmır, eyni zamanda, mənəvi-əxlaqi dəyərlərin itirilməsi ilə də müşayiət olunur. İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn şəxslərin üzərinə və yüklərinə gömrük nəzarəti zamanı ən çox qeydə alınan qaçaqmalçılıq faktları məhz narkotiklərlə bağlıdır.

Zaqatalada “Məişət zorakılığına yox deyək” adlı tədbir keçirilib

18 Dekabr 2017 12:43

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Məişət zorakılığına yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib. Mərkəzdə baş tutan tədbirə kənd bələdiyyə sədrləri, icra nümayəndəliklərinin sədrləri, gənc ailələr, kənd ağsaqqalı və münaqişəli ailələr dəvət edilib.

Bahalı dollar siyasəti gələn il də davam edəcək

18 Dekabr 2017 12:41

ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 1% - 1,25% səviyyəsindən 1,25% - 1,50 faizədək artırıb. Bunun əsas səbəbi makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsidir.

İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək

18 Dekabr 2017 12:39

Fevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək.  Forumun təşkilatçısı  PRoloq İnkişaf Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az)online jurnalıdır. Təşkilatçıların “OLAYLAR”-a verdioyi xəbərə görə, Forum “Beynəlxalq PR Assosiasiyası(IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək.