"UĞUR” Milli Mükafatının laureatı bəlli oldu
İqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının 2017-ci il üzrə təqdimetmə mərasimi keçirilib. “Made in Azerbaijan” brendinin təşviqində verdiyi tövhəyə görə” “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsi “UĞUR” Milli Mükafatına layiq görülüb. Standartlaşdırma, Metrologiya və Potent üzrə Dövlət Komotəsindən “Olaylar”a verilən məlumata görə, təqdimetmə mərasimində çıxış edən mərkəzin Baş direktoru v.i.e. Günel Sevdimalıyeva bildirib ki, “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquq şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-cı il tarixli Fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib.
18 Dekabr 2017 12:49 Sosialİqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının 2017-ci il üzrə təqdimetmə mərasimi keçirilib. "Made in Azerbaijan" brendinin təşviqində verdiyi tövhəyə görə" "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsi "UĞUR" Milli Mükafatına layiq görülüb. Standartlaşdırma, Metrologiya və Potent üzrə Dövlət Komotəsindən "Olaylar"a verilən məlumata görə, təqdimetmə mərasimində çıxış edən mərkəzin Baş direktoru v.i.e. Günel Sevdimalıyeva bildirib ki, "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquq şəxsi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-cı il tarixli Fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib. Mərkəz ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə müqavilələrin qeydiyyatını aparan, mühafizə sənədləri və şəhadətnamələr verən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirən orqandır.