Zaqatalada “Məişət zorakılığına yox deyək” adlı tədbir keçirilib
Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Məişət zorakılığına yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib. Mərkəzdə baş tutan tədbirə kənd bələdiyyə sədrləri, icra nümayəndəliklərinin sədrləri, gənc ailələr, kənd ağsaqqalı və münaqişəli ailələr dəvət edilib.
18 Dekabr 2017 12:43 SosialZaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən "Məişət zorakılığına yox deyək" adlı maarifləndirmə tədbiri keçirilib. Mərkəzdə baş tutan tədbirə kənd bələdiyyə sədrləri, icra nümayəndəliklərinin sədrləri, gənc ailələr, kənd ağsaqqalı və münaqişəli ailələr dəvət edilib. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, tədbir iştirakçıları məişət zorakılığının növləri, bu sahədə dövlət tərəfindən qəbul edilmiş qanunvericilik və Mərkəzin bu istiqamətdəki fəaliyyəti barədə çıxışlar ediblər. Tədbiri yekun çıxışı ilə kənd ağsaqqalı davam etdirərək, gənclərə ailədə qarşılıqlı hörmətin, anlayışın vacib olduğunu qeyd etmiş, onlara mehriban yaşamağı tövsiyə etmişdir. Sonda tədbir iştitakçılarına maarifləndirici materiallar təqdim edilib.