Gündəm
Yanacaqdoldurma məntəqəsində quldurluq edənlər saxlanılıb
Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət edən İsmayıllı rayon sakini Mehman Cabbarov saat 5.00 radələrində rayon ərazisində işlədiyi yanacaqdoldurma məntəqəsinin istirahət otağında dincələrkən, ora qanunsuz daxil olmuş 2 naməlum şəxsin onu bıçaqla hədələyib cibindən 552 manatını götürmələri barədə məlumat verib.
Əczaçıların savadsızlığı insan həyatı üçün təhlükə yaradır
Ölkədə fəaliyyət göstərən bəzi apteklərdə mənşəyi məlum olmayan, keyfiyyətsiz dərman preparatlarının satışı adi hal alıb. Baxmayaraq ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən dərman vasitələrinin siyahısı təsdiqini tapıb, ancaq hələ də apteklərdə mənşəyi məlum olmayan dərman preparatlarına rast gəlmək mümkündür.
Beynəlxalq dərəcəli hakimə AGF-nin Fəxri Diplomu verildi
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilir. AGF-dən “OLAYLAR”-a bidirilib ki, ölkə çempionatında yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının üzvü olan milli və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə edilir. Dünya Güləş Birliyinin təlimatına uyğun olaraq hər bir hakim 60 yaşı tamam olana qədər beynəlxalq və yerli yarışları idarə etmək hüququna malikdir. Bu günlərdə 60 yaşı tamam olan I dərəcəli beynəlxalq kateqoriyalı hakim Qərib Əliyev hakimlik karyerasını başa vurub. Azərbaycan çempionatının sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində final görüşünü idarə edən Qərib Əliyev hakim kolleqalarının fit və azarkeşlərin alqış sədaları altında xalça ilə vidalaşıb.
“Şahdağ” Turizm Mərkəzində qış mövsümü açıq elan olundu
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan və Azərbaycan turizm tarixində ən genişmiqyaslı layihə hesab olunan “Şahdağ” Turizm Mərkəzində sayca altıncı qış mövsümü dekabr ayının 16-dan etibarən açıq elan edilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qarla örtülmüş Şahdağ yamacları xizək həvəskarlarının istifadəsinə verilib.
İlin icra başçısı seçiləcək
Regionlar arasında müsbət mənada gedən rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq məqsədi ilə İCMAL.az Analitik Təhlil Saytı və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzi "İLİN BAŞÇISI 2017”sorğusunu reallaşdırmaq niyyətindədirlər.
Bakı Təhsil İdarəsi müsabiqəyə yekun vurdu
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb.
Vitse-spiker: “Qarabağ problemi ilə bağlı Misirin dəstəyi da davam edəcək”
Millət vəkili Qənirə Paşayeva Misir səfərində və rəsmi görüşlərdə əsasən Qarabağ problemini diqqət mərkəzində saxlayıb. “Olaylar” xəbər verir ki, Q. Paşayeva bilfirib ki, Misir səfərində və rəsmi görüşlərdə Qarabağ problemi əsas diqqət mərkəzində olub: “Bir neçə gün əvvəl Misirdə keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan-Misir Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq bu ölkədəki səfirimiz, dəyərli ziyalı Tural Rzayevlə bərabər Misir Parlamentini də ziyarət etdim və sədrin 1-ci müavini Mahmud Əş-Şərif və Dini Məsələlər Komitəsinin sədri Üsəmə Əl-Abd ilə maraqlı görüş oldu və müzakirələr apardıq. Müsəlman ölkəsi olan Misirlə əməkdaşlığın genişləndiriməsində Azərbaycan hər zaman maraqlı olub.
“Rəqs edən pinqvinlər” - Dram Teatrın səhnəsində
Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq. Teatrın mətbuat xidmətindən Olaylar.az verilən məlumata görə, şənlik münasibəti ilə hazırlanan “Rəqs edən pinqvinlər” adlı səhnə əsərinin müəllifi və rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır. Maraqlı dekorasiyası, nağılvarı tərtibatı və maraqlı obrazları ilə uşaqları sevindirəcək tamaşanın rəssam işi əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.
Baş nazirlərin İNTİHAR EDƏN OĞULLARI
Celal Bayar, Adnan Menderes və Mesüt Yılmaz – hər üçü zamanında Türkiyənin baş naziri olublar. Bu nazirləri birləşdirən ortaq bir kədər var. Belə ki, hər üç eks nazirin oğulları intihr ediblər. Olaylar.az bildirir ki, 1950 -1960 – cı illərdə Mustafa Kamal Atatürklə çalışan sonuncu baş nazir kimi tarixdə qalıb. Celal Bayarın oğlu Refi Bayar 1940 – cı ildə atasının nazir olduğu zamanda intihar edib. Celal Bayarın siyasi fəaliyyətinə kölgə salmaq istəyən bir qrup insanlar “Denizcibank” istintaqında eks naziri hədəf almaq istəyirlər. Celal Bayar baş verənlərə dözə bilməyərək intihar edir.
Ombudsman: “Azərbaycanda heç bir miqrant zorakılığa məruz qalmır”
"Azərbaycan dünyada cəlbedici ölkə olub və ona görə də ölkəmizə gələn miqrantların sayı artır". “Olaylar” xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Beynəlxalq Miqrant Günü ilə bağlıkeçirilən tədbirdə deyib.
Uşaq Filarmoniyası Yeni il konserti təşkil edir
Dekabrın 22 –də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında saat 19:00-da Gənc Tamaşaçılar teatrının səhnəsində konsert proqramı ilə çıxış edəcək. Olaylar.az bildirir ki, proqram zəngin repertuarı, fərqli nömrələri ilə seçilir. Konsert proqramında xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqsləri də yer alacaq.
Hava limanının işıqları söndü, minlərlə sərnişin yolda qaldı
Hər gün 250 min sərnişinin qəbul edildiyi, 2500-dən çox uçuşun baş tutduğu Hartsfield-Jackson hava limanında işıqlar söndürülüb. Elektrik enerjisinin kəsilməsi minlərlə sərnişinə təsir edib. Onlar qaranlıq terminallarda çarəsiz vəziyyətdə qalıblar. İşıq sönən zaman çəkilən şəkillər sosial şəbəkədə paylaşılıb. Atlantanın valisi baş verən hadisəyə görə üzr istəyib.
Çiskinli, dumanlı, küləkli hava
Sabah, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Qasırğa 27 adamı öldürdü, 24 nəfəri "itirdi" - Filippində
Filippində güclü qasırğanın ardınca sürüşmələr baş verib. 27 nəfər təbii fəlakətin qurbanı olub, daha 24 nəfərin taleyi məlum deyil, itkin düşüb. Məlumata görə, Biliran adasının ifrastrukturu təbii fəlakətdən daha çox ziyan çəkib. Şəhərlərin birində iki məktəb dağılıb, körpülər uçulub. Bütün ölkə üzrə 11 min adam əlverişsiz hava şəraiti ilə əlaqədar limanlarda qalıb.
Tolik müğənnilərin gizlinlərini açıb BİABIR ETDİ - VİDEO
Tanınmış prodüser Tolik "ATV maqazin onlarla" proqramında buhəftəki onluğu sıralayıb. Sıralama edərkən bir sıra mətləblərin üstünü açan Tarix Əliyev İradə İbrahimovanın 200 min pul itirdiyini bildirib: "İradə Türkiyə şou-biznesinə qatılmaq istəyib və 200 min dollar pul itirib. Bunu İradə özü mənə deyib. O, Bakıdakı evini satıb, Tarkanın prodüseri Uyqar Ateşlə çalışıb. 200 min töküblər və pullar ortada batıb. İradə niyə demədi ki, "Mən də getdim orada sizin kimi pullar tökdüm, amma məni aldatdılar?"














