Gündəm
Rusiyada prezident seçkiləri kampaniyasına start verildi
Rusiyada növbəti prezident seçkiləri kampaniyasına bu gündən rəsmi şəkildə start verilib. Federasiya Şurasının bu barədə qərarı “Rossiyskaya qazeta”da nəşr olunub.
Ermənilər işğal altında olan əraziləri tərk edir
2017-ci il başa çatmaq üzrədir və görünən odur ki, bu il də Dağlıq Qarabağ problemi həll edilməmiş qalır. Düzdür, 2018-ci illə bağlı müəyyən proqnozlar, ehtimallar səslənsə də, lakin bununla razılaşmayanlar da var. Əsəs da o göstərilir ki, dünyanıən güc mərkəzlərinin növbəti il üçün strateji və xarici siyasət planlarında Cənubi Qafqaz regionu, eləcə də bu regiondakı münaqişələrin həlli prioritet təşkil etmir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə deyir. Politoloq hazırda regionu təhdid edən bəzi məsələlərə də toxunub.
Səfir: "İstəyirik ki, Azərbaycana daha çox avropalı, Avropaya isə daha çox azərbaycanlı səfər etsin"
“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması istiqamətində iş aparılır”. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə çıxışında deyib.
Əli Məsimli: “Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli digər münaqişələrin də həllinə yol açacaq”
“Dağlıq Qarabağ münaqişəsinin beynəxlalq hüquq çərçivəsində ədalətli və tezliklə həlli GUAM-da mövcud digər münaqişələrin də aradan qaldırılmasına yol açacaq”. Məlumata görə, bu barədəMilli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin üzvü Əli Məsimli PA-nın Tbilisidə keçirilən 10-cu illik sessiyasında çıxışında deyib. O bildirib ki, 2016-cı aprelində təmas xəttində baş vermiş döyüşlər göstərdi ki, Ermənistana xaricdən dəstək olmasa, Azərbaycan işğal altındakı torpaqlarını bir neçə günə azad edə bilər: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş deyil. ATƏT-in Minsk qrupu fəliyyətini daha da gücləndirməlidir”.
Nail Allahverdiyevə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb. Hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb. İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib. Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.
İstehsalçılar qiymət artımını gözləyirlər
“İstehsalçı müəssisələrin anbarlarında hazır məhsul qalığı artmaqdadır. Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil edib”.“Olaylar” xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. İqtisadçı bildirib ki, 10 ay ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb: “Anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq istehsalçıların onları satışa çıxarmaması”.
Leyla və Arif Yunuslar Azərbaycana qarşı qorxunc planlarda - Foto/Fakt
Azərbaycana qarşı separatçılıqla məşğul olan “siyasi qaçaq” Ataxan Əbilov dekabrın 17-də facebook səhifəsində özünü və Avropadakı digər separatçıların Kremldən təlimatlandırıldığını ifşa edən şəkil paylaşıb. Fotodan görünür ki, A.Əbilov, Leyla və Arif Yunuslar, həmçinin separatçılığa görə məhkum olunmuş və həbsxanada ölmüş, təxribatçı Talış Mədəniyyət Mərkəzinin rəhbəri, “Tolişi sədo” qəzetinin baş redaktoru olmuş Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova rus hüquq müdafiəçisi (?), sovet KQB məktəbinin yetişdirməsi Svetlana Qannuşkina ilə Hollandiyada görüşüb müzakirələr aparıblar. Müzakirələrin detalları haqda təbii ki, açıqlama verməyiblər. Amma bu fotoşəkilin özü bütün detalları açıb ortaya qoyur.
Roma Papası: “Şeytan canlı varlıqdır”
Katolik kilsəsinin ən böyük ruhani lideri, Roma Papası Fransisk İtalyanın Katolik Kilsəsinə məxsus TV 2000 adlı tele-kanalında “şeytan” anlayışı ilə bağlı fikirlərini bildirib: “Şeytan Milandakı hava çəni deyil. O hava ilə yayılmır. Şeytan həqiqi canlı varlıqdır”.
Komitə sədri din xadimlərinə əmək haqqı veriləcəyi vaxtı açıqladı
“İraqda qalan Azərbaycan vətəndaşlarının taleyi dövlətimizin müvafiq qurumlarının tam diqqətindədir”. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Rəhbərlik etdiyi komitənin də bu məsələni diqqətdə saxladığını qeyd edən M. Qurbanlı bildirib ki, onlarla bağlı hazırda tədbirlər görülür: “Orada qalan digər azərbaycanlı uşaqların da yaxın günlərdə Azərbaycana gətirilməsi üçün işlər görülür. Proses gedir”.
Almaniyada güclü qara görə 170-ə yaxın uçuş ləğv olunub
Bu səhər Almaniyanın Frankfurt-na-Mayn aeroportunda qar səbəbindən 170-ə yaxın uçuş ləğv olunub. Həmçinin gələn təyyarələrin bəziləri başqa hava limanlarına yönəldilib. Sərnişinlərdən öz reyslərinin statusunu yoxlamaq xahiş olunur. Aeroportun saytındakı elektron tabloda reyslərin ləğvinin həm daxili (Berlin, Hamburq, Münxen), həm də beynəlxalq (Vyana, Budapeşt, Praqa və sair) istiqamətlərdə uçuşlara aid olduğu görünür.
İran mediasında erməni işğalçılığına dəstək təzahürləri
Zaman-zaman cənub qonşumuzun Dağlıq Qarabağ probleminə olan münasibətində Azərbaycanın maraqlarına zidd olan nüanslar müşahidə edirik. Gah Tehran Azərbaycanın hansısa xarici ölkə ilə diplomatik əlaqələrini inkişaf etdirməsinə cavab olaraq İrəvanla daha da yaxınlaşır, gah işğal altında olan ərazilərimizdəki məscidlərin bərpası ilə bağlı cənub qonşumuzdan qeyri-rəsmi də olsa təşəbbüslər səslənir, gah da İranın kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ problemi ilə bağlı həqiqəti əks etdirməyən, daha çox erməni maraqlarına xidmət edən yazılar, məqalələr dərc edilir. Elə bu günlərdə İran İslam Respublikasının nüfuzlu “Şərq” qəzetində dərc edilən material da bunlardan biridir. Məlumat üçün qeyd edək ki, İranın populyar “Şərq” qəzeti özünü separatçı rejimin Dağlıq Qarabağın “xarici işlər naziri” kimi təqdim edən Masis Mailyandan orijinal formada müsahibə götürdü və yayımlayıb.
Keçmiş məhkumdan külli miqdarda marixuana götürülüb
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Qazax rayonu ərazisində narkotik vasitələrin alqı-satqısında və istifadəsində şübhəli bilinən şəxs saxlanılıb.
Nağdsız ödəniş imkanları artırılır
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində növbəti addım atılıb. Palatadan verilən məlumata görə, MBNP-də yaradılmış İşçi Qrupunun birgə fəaliyyəti nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC təmsil olunduğu 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə, nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə təqdim edib. Nəzərə çatdıraq ki, Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür.
34 671 şəxsə reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində cari ilin yanvar-noyabr aylarında ümumilikdə 34 671 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib.














