Səfir: "İstəyirik ki, Azərbaycana daha çox avropalı, Avropaya isə daha çox azərbaycanlı səfər etsin"
“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması istiqamətində iş aparılır”. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə çıxışında deyib.
18 Dekabr 2017 14:26 Siyasət"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması istiqamətində iş aparılır". Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə çıxışında deyib.
Aİ-nin Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti ilə birlikdə layihələr həyata keçirdiyi vurğulayan K. Yankauskas bir müddət əvvəl Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirildiyini xatırladıb: "Biz istəyirik ki, Azərbaycana daha çox avropalı gəlsin, Avropaya isə daha çox azərbaycanlı getsin. Bu istiqamətdə əməkdaşlığımızı genişləndirmək istəyirik". Apa.az