Ermənilər işğal altında olan əraziləri tərk edir

2017-ci il başa çatmaq üzrədir və görünən odur ki, bu il də Dağlıq Qarabağ problemi həll edilməmiş qalır. Düzdür, 2018-ci illə bağlı müəyyən proqnozlar, ehtimallar səslənsə də, lakin bununla razılaşmayanlar da var. Əsəs da o göstərilir ki, dünyanıən güc mərkəzlərinin növbəti il üçün strateji və xarici siyasət planlarında Cənubi Qafqaz regionu, eləcə də bu regiondakı münaqişələrin həlli prioritet təşkil etmir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə deyir. Politoloq hazırda regionu təhdid edən bəzi məsələlərə də toxunub.

Məhəmməd Əsədullazadə: "İşğal olunmuş ərazilərdə əhalinin yaşaması üçün heç bir şəraitin olmaması, Azərbaycanın hərbi təzyiqləri, müharibə ehtimalının böyük olması, ermənilərin Qarabağı tərk etməsinin əsas şərtləridi"

"Sərkisyan rejimi bu tikintiləri həyata keçirməklə, işğal olunmuş ərazilərdən köçün qarşısını almağa çalışır"

2017-ci il başa çatmaq üzrədir və görünən odur ki, bu il də Dağlıq Qarabağ problemi həll edilməmiş qalır. Düzdür, 2018-ci illə bağlı müəyyən proqnozlar, ehtimallar səslənsə də, lakin bununla razılaşmayanlar da var. Əsəs da o göstərilir ki, dünyanıən güc mərkəzlərinin növbəti il üçün strateji və xarici siyasət planlarında Cənubi Qafqaz regionu, eləcə də bu regiondakı münaqişələrin həlli prioritet təşkil etmir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə deyir. Politoloq hazırda regionu təhdid edən bəzi məsələlərə də toxunub.

-Məhəmməd bəy, görünən odur ki, 2017-ci ildə də Dağlıq Qarabağ problemi həll edilməmiş qaldı. Bəs, qarşıdan gələn 2018-ci ildən gözləntiləriniz nədir və problemin həllinə ümidlər varmı?

-Əvvəla onu qeyd edim ki, bu günlərdə Birləşmiş Ştatlar prezidenti Donald Tramp yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster bildirib. Qeyd olunub ki, sənəd dörd əsas maddədən ibarət olacaq. Amerikalıların müdafiəsi, Birləşmiş Ştatların rifahının gücləndirilməsi, "güc vasitəsilə sülhün qorunması" və Amerikanın təsirinin artırılması. Nəzər yetirsək görərik ki, Birləşmiş Ştatların milli təhlükəsizlik strategiyasında Əfqanıstan, Şimali Koreya, İran, Şərqi Avropa və ən başlıca Yaxın Şərq əsas yer tutacaq. Birləşmiş Ştatlar əsasən Yaxın Şərqdə Səudiyyə Ərəbistanı, Misir və İsraillə birgə koordinasiyalı fəaliyyət göstərərək regionda İran və onun "5-ci kolonuna" qarşı effektli şəkildə mübarizəyə start verəcək. Bu hücumda İranın zəiflədilməsi, "Hizbullah" və Husilərin fəaliyyətinə son qoymaq əsas hədəf olacaq. "Hizbullah" İsraili, Husilər isə Səudiyyə Ərəbistanını təhdid edir. Şimali Koreyaya gəldikdə isə, Pxenyanın ram edilməsi mütləqdi. ABŞ-ın siyasi-hərbi bataqlıq olan Əfqanıstanda öz silahlı qüvvələrini artırmaqla terrorizmlə mübarizə və Mərkəzi Asiyaya təsirini yaymaq kursu başlıca prioritetdi. Çinin Mərkəzi Asiyaya təsirinin artmasından Ağ Ev narahatdır və bunun qarşısını almağı başlıca məqsəd sayır. Həmçinin Milli təhlükəsizlik Strategiyasında Rusiyaya qarşı siyasi-iqtisadi sanksiyaların genişlənməsi və geosiyasi mübarizədə Kremli küncə sıxışdırmağı hədəfləyib.
Türkiyəyə gəldikdə isə, Birləşmiş Ştatların əsas strategiyası Ərdoğan hakimiyyətini zəiflətmək və AKP ilə vidalaşmaqdır. Qeyd edək ki, Birləşmiş Ştatlar Türkiyəni itirmək istəmir. amma Ərfoğanın siyasətindən narazıdır.
Göründüyü kimi Ağ Ev rəhbəri Donald Tramp bu milli strategiyanı elan etməklə, özünə qarşı olan daxili tənqidləri arxa plana keçirməyi və impiçment prosedurundan qurtulmağa çalışır. Elan edəcəyi Milli təhlükəsizlik strategiyası ilə özünü qorumağa alacaq. Birləşmiş Ştatların xarici siyasətində isə hazırda əsas hədəf Rusiya və İranın Yaxın Şərqdə fəaliyyətinin qarşısının alınması durur.
Bütün bunların nəticəsi olaraq Birləşmiş Ştatların Cənubi Qafqaz regionundakı siyasətinə baxdıqda, xüsusilə regionun açar dövləti olan Azərbaycanın ABŞ-ın milli təhlükəsizlik strategiyasında yer alması real görünmür. Əsasən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsində Qarabağ münaqişəsinin nizamlanması bu strategiyada çox ehtimalla yer almayıb.
Birləşmiş Ştatlar hazırda Yaxın Şərq, Şimali Koreya və Ukrayna böhranı ilə təkbaşına məşğul olduğundan bu regionlara xüsusi önəm verir. Qarabağ probleminin həllində isə, Minsk formatı çərçivəsində fəaliyyət göstərdiyi üçün öz təhlükəsizlik strategiyasında problemin həllini qeyd etmir. Həmçinin burada Azərbaycanın balanslaşdırılmış xarici siyasəti də mühüm rol oynadığını vurğulamaq lazımdır. Çünki Azərbaycanın siyasəti təktərəfli formalaşmayıb. ABŞ yalnız Azərbaycanla enerji, nəqliyyat və beynəlxalq terrorizmə qarşı mübarizədə fəal əməkdaşlıq edir. Qeyd edək ki, Tramp administrasiyasının konsepsiyasında Qarabağ probleminin həlli ABŞ-ın geosiyasətində prioritet deyil.

-Sizcə nə üçün?

-Çünki hazırda Rusiyanın moderatorluğunda olan konfliktin həllində ABŞ maraqlı deyil. Maraqlı olarsa, ilk növbədə Ermənistana təzyiqlər etməlidir. Azərbaycan onda ABŞ-ın Milli təhlükəsizlik strategiyasında yer ala bilər ki, İrana qarşı Ağ Evin yanında olsun və avroineqrasiya siyasətini elan etsin.

-Elə bundan dolayıdırmı ki, Ermənistanın beynəlxalq aləm tərəfindən cəzalandırılmaması onun işğal etdiyi ərazilərdə qeyri-qanuni məskunlaşmanı genişləndirməsinə gətirib çıxarır?

-Tamamilə doğrudur.  Məlumat üçün qeyd edək ki, Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycanın işğal olunmuş ərazilərinə növbəti səfər edib. O, bu səfər çərçivəsində bir sıra obyektlərin və zavodun açılışını edəcək. Ermənistan siyasi-hərbi rəhbərliyi nə üçün Ermənistanda bu kimi zavod və obyektlərin tikintisini həyata keçirmir, bunu işğal olunmuş ərazilərdə həyata keçirir?
İlk növbədə qeyd edim ki, işğal edilmiş ərazilərdə tikinti işləri, əsasən xaricdə yaşayan ermənilərin vəsaiti ilə ərsəyə gəlir. Ermənistanın hazırkı büdcəsi, bu kimi infrastrukturun yaradılmasına yetərli deyil. Yoxsa, günü-gündən iqtisadi böhrana yuvarlanan Ermənistan ərazisində bu sosial obyektlər tikilərdi. Sarkisyan hakimiyyəti Qarabağda tikinti işlərini aparmaqla, daxili auditoriyayanı gələn il apreldə keçiriləcək parlament seçkilərində özünü növbəti dəfə hakimiyyətdə qalmasına, Baş nazir kimi yenidən ölkəni idarə etməsinə hesablayır. Çünki, Qarabağ kartından istifadə edərək, Sarkisyan öz hakimiyyət müddətdini uzadır. İşğal olunmuş ərazilərdə əhalinin yaşaması üçün heç bir şəraitin olmaması, Azərbaycanın hərbi təzyiqləri, müharibə ehtimalının böyük olması, ermənilərin Qarabağı tərk etməsinin əsas şərtləridi. Sarkisyan rejimi bu tikintiləri həyata keçirməklə, işğal olunmuş ərazilərdən köçün qarşısını almağa çalışır. Yoxsa, buradan əhali getməklə, hazırkı hakimiyyətin siyasi fiaskosuna səbəb olar.

-Bu öz-özlüyündə Ermənistanın danışıqlar prosesini pozmaq cəhdi deyilmi?

-Əlbəttə. Qarabağ konfliktinin həlli üzrə danışıqlar prosesinin aparıldığı bir vaxtda, rəsmi Yerevanın Qarabağda tikinti və məskunlaşma siyasətini aparması, bir daha işğalçı ölkənin ərazilərin boşaldılmasında maraqlı olmadığını göstərir. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyadan münaqişənin həllində müsbət nəticə gözləməməlidir. Birləşmiş Ştatlar prezidenti Donald  Trampın siyasəti qeyri-müəyyən və dünyada problemlərə yol açdığı üçün onun münaqişənin həllində verəcəyi hər hansı siyasi qərar real görünmür. Artıq, ABŞ İsrail-Fələstin münaqişəsində vasitəçi kimi BMT-nin qəbul edilən ədalətli qərarını heçə sayaraq, Qüds qərarı ilə dünyada vasitəçiliyinə son qoyuldu.
Donald Tramp sabah Qarabağda hotel və digər sahələrdə investisiya yatırması təəccüblü görünməz. Erməni lobbisinin təhriki ilə Trampın buna getməsi realdı.
Beynəlxalq siyasətə ticari təfəkkürü ilə yanaşan birisindən istənilən qərar gözlənilir. Qeyd edim ki, Tramp Qüdsi İsrail paytaxtı kimi tanıması üçün Yəhudi lobbisinin milyonlarla vəsaiti hesabına qərar verməsi şübhə doğurmur.

-Bu arada İŞİD terror təşkilatının İraq və Suriyada ciddi şəkildə sıxışdırılması onun digər regionlara, xüsusilə qafqazlara doğru hərəkət etməsi ilə bağlı fikirlərin yayılmasına gətirib çıxarıb. Sizcə, bu real görünürmü?

-Məlumat üçün qeyd edim ki, ötən həftə Rusiya təhlükəsizlik orqanları Azərbaycanla sərhəddə Dağıstan ərazisində terrorçu qruplara qarşı silahlı əməliyyat həyata keçirdi. Ümumiyyətlə,  son aylar Rusiya FTB-nin Şimali Qafqazda İŞİD terrorçularına qarşı əməliyyatlarının intensivləşməsi müşahidə edilir. Bu, o deməkdir ki, Rusiya artıq terrorun hədəfindədir. Suriyada məğlub edilən İŞİD-in hədəfi, Şimali Qafqazda güclənərək, Rusiyaya qarşı yeni terrarktlar həyata keçirməkdir. Suriyada yüzlərlə şimali Qafazdan olan Rusiya vətəndaşlarının çoxu geri qayıdıb. Onların yeni qruplaşmalarla fəaliyyəti istisna deyil.

Məhz Əfqanistanda İŞİD-in güclənməsi, məhz Rusiyaya qarşı geosiyasi proyektin bir parçası kimi qeyd edilməlidir.Oradan Mərkəzi Asiyaya sızan terrorçular Kremlin geosiyasi maraqlarıln qarşısında bir sədd olmalıdır. Rusiyanın Suriyada İŞİD qarşı hərbi əməliyyatları fonunda Qərbin dəstək verdiyi mötədil müxalifətdə hədəfə alınıb və zəiflədilib. Çünki, Əsədə qarşı İŞİD və digər mötədil adlanan silahlı qrupların müəyyən güclər tərəfindən dəstəklənməsi sirr deyil. Rusiya bununla Qərbin planlarını alt-üst edib.

Rusiya Suriyada Qərbin dəstək verdiyi, bu terror qruplaşmalarını məhv etməklə, birbaşa özü terrorun hədəfinə gəlir. Ötən gün Santk-Peterburqda terrorun qarşısın alınması bunun əyani göstəricisidir. Göründüyü kimi, terror təşkilatı Rusiyanın iri şəhərlərini hədəfə alıb. Əsas baza Şimali Qafqaz olmaqla, planlar xaricdə cızılır.

Qeyd edim ki, ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin məlumatlandırılması ilə Rusiya FTB terror aktının qarşısını alması, rəsmi Kremlə ABŞ-ın mesajı idi. Artıq, ABŞ bundan sonra bu kimi kəşfiyyat məlumatlarını Rusiyaya deməyə bilər.

-Rusiyada keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində terrakt cəhdlərinin sayı arta bilərmi?

-Qeyd etdiyiniz kimi bir neçə aydan sonra Rusiyada prezident seçkiləri gözlənilir. Seçkilər yaxınlaşdıqca, terror aktlarının keçirilməsidə baş verə bilər. Bu da Putinə qarşı böyük zərbə vurmaqla, xalq arasında reytinqini zəiflədər. Suriyada terrorçuları hədəfə almaqla, terroru Rusiya ərazisinə daşımaq kimi iddialar irəli sürülər.

Hazırda Şimali Qafqazda yerləşməyə çalışan terrorçu qrupların fəaliyyəti Azərbaycanın təhlükəsizliyi üçün ciddi təhdiddir. Çünki, Azərbaycan bu regionla sərhəddi və Azərbaycandan İŞİD sıralarına qoşulanlar kifayətqədər çox olub. Azərbaycan Təhlükəsizlik orqanlarının keçirdiyi uğurlu əməliyyatlar, radikal cərəyanın üzvülərinin həbsi və zərərləşdirlməsi göstərir ki, ölkəmizə bu sızmalar əsasən Şimali Qafazdan qaynaqlanır və təhlükə daima var.

Yaxın Şərqdə darmadağın edilən İŞİD terrorçularının yayıldığı areala Şimali Qafqaz da daxildir. Azərbaycanda təhlükəsizlik sahəsində işlər yüksək səviyyədə olsa da, terrorizm beynəlxalq problemdi.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31