Tramp simpatiya bəslədiyi ölkələri belə zəiflətməkdə maraqlıdır- ÖZƏL

"Trampın dünya üzrə yürütdüyü siyasətin mahiyyəti özünü regional hegemon hesab edən dövlətləri zəiflətmək və ABŞ-dan asılı vəziyyətə salmaqdır". "Olaylar" xəbər verir ki, bunu ƏHD Partiyası İdarə Heyətinin üzvü Azər Qasımov deyib: "Dəstək verdiyi, simpatiya bəslədiyi ölkələri belə zəiflətməkdə maraqlıdır. Rusiyaya simpatiya göstərsə də Ukraynaya dəstək olur, Rusiyanı hərtərəfli sıxır. İsrailin vurulmasına rəğmən təmkinli davranır. Hesab edir ki, İranın İsrailə "dərs" verməsi yerinə düşür. Tramp bununla çalışır ki, məlum regionlardakı müharibələrdə hegemon dövlətlərin eqosunu sındırmaqla sülhə nail olsun. Bu zaman tərəflər arasında sülh də məcburiyyətdən doğacaq. Tək ABŞ hegemon olacaq, daha doğrusu Tramp. 

Nəticə etibarilə bu zaman yaranacaq sülh davamlı olmayacaq. Tərəflər yenə də silahlanaraq gələcək müharibəyə hazırlaşacaqlar. Sülhün olması üçün tərəflər səmimi olmalıdırlar, ya da tərəflərdən biri tam məğlub olmalıdır. Bu isə mümkün deyil. Hesab edirəm ki, nə Rusiya-Ukrayna, nə də İran-İsrail qarşıdurması tarixə qovuşmayacaq. Məsələlərin açıq qaldığı durum problemləri həll etməyəcək. Qəti qələbə problemi həll edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31