Ümid edirik ki, Ermənistan daha cəsarətli addımlar atacaq - Türkiyə XİN
21:13 SiyasətTürkiyə Xarici İşlər Nazirliyi iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin dinc və sakit atmosferdə keçirilməsini alqışlayıb.
Olaylar.az xəbər verir ki, Türkiyə XİN bununla bağlı açıqlama yayıb.
"Ümid edirik ki, seçkilərdən sonrakı dövrdə Ermənistan sülhün təmin edilməsi və regionda vəziyyətin normallaşdırılması istiqamətində daha cəsarətli addımlar atacaq. Türkiyə əvvəlki kimi, region ölkələrinin ortaq maraqlarını rəhbər tutaraq regional sabitliyə və rifaha töhfə verməyə davam edəcək", - deyə XİN-in açıqlamasında qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31