İran mediasında erməni işğalçılığına dəstək təzahürləri
Zaman-zaman cənub qonşumuzun Dağlıq Qarabağ probleminə olan münasibətində Azərbaycanın maraqlarına zidd olan nüanslar müşahidə edirik. Gah Tehran Azərbaycanın hansısa xarici ölkə ilə diplomatik əlaqələrini inkişaf etdirməsinə cavab olaraq İrəvanla daha da yaxınlaşır, gah işğal altında olan ərazilərimizdəki məscidlərin bərpası ilə bağlı cənub qonşumuzdan qeyri-rəsmi də olsa təşəbbüslər səslənir, gah da İranın kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ problemi ilə bağlı həqiqəti əks etdirməyən, daha çox erməni maraqlarına xidmət edən yazılar, məqalələr dərc edilir. Elə bu günlərdə İran İslam Respublikasının nüfuzlu “Şərq” qəzetində dərc edilən material da bunlardan biridir. Məlumat üçün qeyd edək ki, İranın populyar “Şərq” qəzeti özünü separatçı rejimin Dağlıq Qarabağın “xarici işlər naziri” kimi təqdim edən Masis Mailyandan orijinal formada müsahibə götürdü və yayımlayıb.
18 Dekabr 2017 14:03 SiyasətMübariz Əhmədoğlu: "Erməni separatçılığına dəstək İranda bumeranqa çevrilə bilər"
Zaman-zaman cənub qonşumuzun Dağlıq Qarabağ probleminə olan münasibətində Azərbaycanın maraqlarına zidd olan nüanslar müşahidə edirik. Gah Tehran Azərbaycanın hansısa xarici ölkə ilə diplomatik əlaqələrini inkişaf etdirməsinə cavab olaraq İrəvanla daha da yaxınlaşır, gah işğal altında olan ərazilərimizdəki məscidlərin bərpası ilə bağlı cənub qonşumuzdan qeyri-rəsmi də olsa təşəbbüslər səslənir, gah da İranın kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ problemi ilə bağlı həqiqəti əks etdirməyən, daha çox erməni maraqlarına xidmət edən yazılar, məqalələr dərc edilir. Elə bu günlərdə İran İslam Respublikasının nüfuzlu "Şərq" qəzetində dərc edilən material da bunlardan biridir. Məlumat üçün qeyd edək ki, İranın populyar "Şərq" qəzeti özünü separatçı rejimin Dağlıq Qarabağın "xarici işlər naziri" kimi təqdim edən Masis Mailyandan orijinal formada müsahibə götürdü və yayımlayıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib ki, Masis Mailyan ekspert kimi Avropa və Rusiyada kifayət qədər fəaliyyət göstərib. Onun İran ekspertləri ilə təması barədə bizə ciddi bir şey bəlli deyil: "Masis Mailyan Avropa və Rusiya mətbuatına müsahibə verməkdə maraqlı olardı. Bu prizmadan onun İran mətbuatına müsahibə verməsinə təşəbbüs göstərməsini çox az ehtimallı hesab edirik. İran qəzeti M.Mailyanı tapıb, ondan müsahibə üçün xahiş edib. M.Mailyanın müsahibədəki yalanla sərbəst davranışı onun həm müsahibinə, mətbu orqanına, eləcə də İran ictimaiyyətinə münasibətinin göstəricisidir. İran ictimaiyyətinə daha böyük hörmətsizliyi müsahibənin müəllifi, ekspert, İİR vətəndaşı Salar Seyfəddini edir. O, Dağlıq Qarabağ münaqişəsinin ilkin tarixinin az bəlli olan hissəsini açıqlayır. Amma burada o İran ictimaiyyətini aldadır. Dağlıq Qarabağ münaqişəsi barədə 1987 -ci ildən ABŞ Dövlət Departamentinin SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi məktublar, ABŞ konqresinin Dağlıq Qarabağ münaqişəsi barədə 1989-cu ilin iyun və noyabr qətnamələri haqqında susur. Bu qətnamələrdə Dağlıq Qarabağ separatçılarının "Qarabağ" komitəsi SSRİ hökuməti ilə bərabərtərəfli kimi təqdim edilir. İran indi az qala Dağlıq Qarabağı özünə bərabər hesab edir: 138 km ortaq sərhəd; Cənubi Qafqazda aktor; və.s Dəqiqləşdirmə aparaq: Sistan, Bəlucistan, puştular, kürdlər, türkmənlər, qaşqaylar İİR tərəfindən tanınmadığı kimi Dağlıq Qarabağı da heç dövlət, o cümlədən Ermənistan tanımayıb"
Mübariz Əhmədoğlu deyib bildirib ki, paralel olaraq İranın "Qanun" qəzeti də Tehranın Ermənistan və Dağlıq Qarabağda məscidlərin təmiri və bərpası sahəsində fəaliyyətini ideal əməkdaşlığın nümunəsi olduğunu bəyan edir: "Ağdama "akna" demək erməni yalanını İran mənbələrindən üstün tutmaq anlamındadır. Qəzetin yazısında ""Dağlıq Qarabağ respublikasının" hökuməti nəinki məscidlərə zərər yetirib, hətta çoxlu xərc çəkərək onların təmirinə çalışıb", "Azərbaycanın atəş nöqtəsinə yaxın olmaq təmirə maneçilik törədir" fikirləri erməni separatçılığı ilə yanaşı, Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində işləyən iranlılara haqq qazandırmaq cəhdidir. Erməni işğalçıları işğal etdikləri Azərbaycan ərazisindəki məscidləri dağıtmasaydı, onun bərpasına ehtiyac da yaranmazdı. Bu sadə həqiqəti "Qanun" qəzetnin kollektivinin başa düşməsinə maneçilik edən səbəblər görünür, var. Ağdam məscidi 1828-ci ildən sonra, 1870-ci ildə tikilib. Əgər tarixi bu dərəcədə saxtalaşdırmağa İran tərəfi cəhd edirsə, yada salaq ki, Fars körfəzində yerləşən Bəndərabas limanını Səfəvi hökmdarı Şah Abbas tikdirib. Ağdamdakı məscidin İrana məxsusluğundan daha çox Bəndərəbas Azərbaycana məxsusdur".
İran parlamentinin spikeri Əli Laricaninin Ermənistan parlamentinin nümayəndə heyəti ilə keçirdiyi görüşə toxunan Mübariz Əhmədoğlu bildirib ki, iranlı spikerin Ermənistan nümayəndə heyətini qəbul edərkən Dağlıq Qarabağ tənzimlənməsi barədə səsləndirdiyi fikirlər status-kvonun qorunub saxlanmasına yönəlib: "Əli Laricani İranın adından qonşuluğunda yeni qarşıdurmada maraqlı olmadığını bildirdi. Başqa sözlə, Azərbaycan işğalçılara qarşı müharibə aparmamalıdır. Əli Laricaninin İranda səfərdə olarkən Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüşməməsi yadımızdan çıxmayıb. Burada bir məqamı da qeyd edim ki, İranın Mədəniyyət və İrşad Nazirliyinin xətti ilə "Həvva" adlı İran-Ermənistan birgə film çəkilib və film "Oskar" nominasiyasına təqdim olunub. Film yüngül həyat tərzinə meylli, boşanmış erməni qadının obrazında Ermənistan- Dağlıq Qarabağ bağlılığını nümayiş etdirir. Ümumiləşdirmə: İran mətbuatında, ictimai-siyasi mühitində Dağlıq Qarabağ trendinin yarandığını ehtimal etmək olar. Ermənistan trendindən fərqli olan bu trendi yalnız bir qrup adamın şəxsi təşəbbüsü hesab etmək yanlışlıqdır. Din və dövlət adamlarını bu məsələyə diqqət ayıtması faydaı olar. ABŞ, Rusiya və Avropa İttifaqı erməni işğalçılığına açıq dəstək verməyi çoxdan unudublar. ABŞ vətəndaşlarına, hətta milliyyətcə erməni olanlarına Dağlıq Qarabağa getməyi qadağan edib. Nəticədə, Amerikadakı erməni təşkilatlarının nümayəndələri M.Mailyanla Dağlıq Qarabağda deyil, Yerevanda görüşdülər. İran bunlardan örnək götürə bilər. İsrail-Ermənistan artan rəsmi münasibətlərinə İranda susmaları çox şey deyir. Belə başa düşülür ki, İranın İsraillə problemi yoxdur, problemi Azərbaycanladır. Çünki İranda guya ancaq İsrail-Azərbaycan münasibətləri hədsiz narahatlıq yaradır". Mərkəz rəhbəri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda Azərbaycan-Rusiya- İran üçtərəfli sammitində iştirakı zamanı İranın Ali dini rəhbəri ilə də görüşdü: "Geniş fikir mübadiləsi aparılıb. Öz tərəfimizdən deyə bilərik ki, ölkə Prezidenti Azərbaycanın daxili-xarici, o cümlədən dinlə bağlı siyasətində hərtərəfli mövqeyini ortalığa qoydu. Bəzi İslam dövlətləri İslam dininə gəlir mənbəyi kimi baxırlar. Azərbaycan yeganə dövlətdir ki, büdcə hesabına məscidlər tikir, təmir və bərpa edir. Bu zaman dindən bir qəpik də pul qazanmır. Azərbaycana antiİran siyasət aparmağı dəvət edən dövlətlərin sayı xeyli çoxdur. Azərbaycan bu dəvətlərin heç birisini qəbul etməyib. Daha bir ümumiləşdirmə: İranın din və dövlət adamlarının gözü qarşısında islam birliyinə zərbə vurulur. İranda bir qrupun başına xristian erməniləri toplayaraq Azərbaycanı təhdid obyektinə çevirməsi Tehranin bu günü və gələcəyi üçün təhlükəlidir. İran polietnik, Azərbaycan nümunəvi polietnik və polikonfessional dövlətdirlər. Ermənistan monoetnik və monokonfessional dövlətdir. Ümumiləşdirmələri ümumiləşdirək. Azərbaycan İranın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşıb. İranın daxilində heç bir milli və dini azlığı dəstəkləməyib. Söhbət İrandakı azərbaycanlılardan getmir. Zənnimcə, İrandakılar da bilir ki, İranda azərbaycanlılar artıq milli azlıq deyil. Azərbaycan güclü dövlətdir. Torpaqları işğal altında ola-ola inkişaf etdi. İndi Azərbaycanın qazandıqlarından İran da fayda götürür. Dinimizin prinsiplərinə necə riayət olunmasına İran tərəfi ciddi fikir verməlidir. İrandakılar din biliciləridir. Hətta içərilərində siyasi ayətullahlar da var. Amma bu Allahın və İslam peyğəmbərinin ayələrini dəyişmir".
Məhəmməd