Gündəm

Heydər Əsədov İmişlidə qəbul keçirəcək

18 Dekabr 2017 12:38

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov 22 dekabr 2017-ci il tarixində, saat 11:00-da İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında İmişli, Xocavənd, Füzuli və Beyləqan rayonlarının sakinləri ilə görüşəcək.

Məşhur aktyor sifariş verdiyi saat üçün 2 il gözləməli olacaq

18 Dekabr 2017 12:28

Məşhur türkiyəli aktyor Engin Altan Düzyatan sifariş verdiyi saat üçün 2 il gözləməli olacaq. Olaylar.az bildirir ki, aktyor Patek Philippe Nautilus firmasına verdiyi sifarişin qiyməti 94  min lirədi.

“Alo polis, sevgilimi öldürdüm”

18 Dekabr 2017 12:27

Türkiyənin İzmir şəhərində Günhan Ö adlı şəxs 21 yaşındakı sevgilisi Zülal Tütüncüyü qətlə yetirib. Olaylar.az bildirir ki, cinayətin səbəbi hələ ki, açıqlanmır. İlkin ehtimala görə sevgililər arasında mübahisə düşüb. Universitetdə tələbəsi olan qatil Günhan Ö cinayəti işlədikdən sonra polisə zəng edərək sevgilisini qətlə yetirdiyini etiraf edib.

Özbəkistanda “Azərbaycan musiqisinin inciləri” adlı disk buraxılıb

18 Dekabr 2017 12:27

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənddə “Azərbaycan musiqisinin inciləri” adlı diski buraxılıb.

Amerikalı alimdən Azərbaycan və dünya ilə bağlı DƏHŞƏTLİ 2018 PROQNOZU: Qarabağda...

18 Dekabr 2017 12:18

2018-ci ildə III Dünya müharibəsi Azərbaycan torpaqlarından başlana bilər. Bu iddianı amerikalı professor irəli sürür.  Müdafiə və təhlükəsizlik üzrə amerikalı professor Robert Farlin “The National İnterest” nəşrinə danışıb. Professor iddia edir ki, 2018-ci ildə III Dünya müharibəsi 5 nöqtədən başlana bilər.

Nigardan Röyaya sərt cavab: “Mən də heç olmasa silikondu, onun arxası da yoxdur”

18 Dekabr 2017 12:16

Əməkdar artist Röya Ayxan ilə müğənni Nigar Camal arasında qalmaqal daha da böyüyür. Müğənni Nigar Camal sosial şəbəkədə Röyanın ittihamlarına cavab verib: "Kaş ki, Miri Yusif kimi mən də təqdimata getməzdim. Oranı mənə çox təriflədilər. Heç "MUZ TV” mükafatları qədər deyil. Röya həmin günü həm məni, həm də Samir Cavadzadəni instaqramda bloka atıb. Çünki biz duet oxuyacağıq. Əvvəlcədən ora gedəndə hamı bilirdi ki, qalib Röyadır. Kompleksi olan insanlar belə açıqlamalar verə bilər. Kimin sözü varsa, zəng vurub desin. Çıxıb efirdən bədənimi süni adlandırmaq lazım deyil. Özlərində yoxdur deyə mənimkinə sataşırlar. Qaldı ki, mən Anarın anasıyam ki,(red: Röyanın keçmiş əri) Röyanı makiyaj etməyə qoymayım?”

Məmmədovlar “Hafka”nın klubunun ərazisini əlindən aldı

18 Dekabr 2017 12:14

Keçmiş nəqiyyat naziri Ziya Məmmədovun ailə biznes imperiyasına daxil olmuş “Delfin” MMC “Bakı” Futbol Klubunu “xüsusi mülkiyyətdə olan sahədən” çıxarıb. Virtualaz.org xəbər verir ki, bu barədə qərarı “Delfin” MMC-nin iddiası əsasında 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi çıxarıb. 

Qırğızıstanda 11 terrorçu həbs olunub

18 Dekabr 2017 12:09

Qırğızıstanda “Hizb-ət-Tahrir” terrorçu qruplaşmasının 11 üzvü həbs olunub. Yerli mətbuat xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Trampın qızını və kürəkənini məhkəməyə verdilər

18 Dekabr 2017 12:04

Vaşinqtondan olan vəkil ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampı və onun həyat yoldaşı Cared Kuşneri məhkəməyə verib. Vəkil cütlüyü gəlirlərinin bir hissəsini gizlətməkdə ittiham edir. İddiaya əsasən, D.Trampın müşaviri olan C.Kuşner və İ.Tramp səhmlərinə sahib olduqları 30 investisiya fondunun aktivləri haqqında məlumatı bəyannamədə göstərməyiblər.

Dövlət Xidməti ilkin hərbi qeydiyyatla bağlı xəbərdarlıq etdi

18 Dekabr 2017 12:02

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklik ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların məsuliyyətinin artıracaqdır. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər.

Həkim təcili yardımla xəstəxanaya gətirilən gəncə işgəncə verdi - GİZLİ ÇƏKİLİŞ - VİDEO

18 Dekabr 2017 11:59

Rusiyanın Berezniki şəhərində qeydə alınan görüntülərin sosial şəbəkədə yayılmasıyla xəstəxanaya qarşı sərt reaksiyalar artıb. Sərxoş gənc yerə yıxılıb və ayağından xəsarət alıb. Təcili yardımla xəstəxanaya çatdırılan şəxsə yardım edilməsi üçün bir neçə sənədə imza atmasını istəyiblər.

Tanınmış aparıcının ərə getməyə hazırlaşdığı keçmiş nazirin oğlu özünü öldürdü - İntihardan bir neçə dəqiqə öncə... 

18 Dekabr 2017 11:58

Yavuz Yılmaz tapançayla intihar etdikdən dəqiqələr öncə Amerikada yaşayan atasına zəng edib "Anamın sağlamlığı necədir?" deyə soruşub.  Neşe Sapmaz ilə Yavuz Yılmaz 1 ay öncə barışmışdılar və yenidən evlilik planları qurmağa başlamışdılar. 

"Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar"

18 Dekabr 2017 11:56

"Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Goranboy sakini dəm qazından zəhərlənib

18 Dekabr 2017 11:48

Goranboyda dəm qazından zəhərlənmə olub. “Olaylar” xəbər verir ki, rayonun Xanqərvənd kənd sakini 1983-cü il təvəllüdlü Əhmədova Səfa dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Kirəyə yaşadığı evdə özünü asdı

18 Dekabr 2017 11:46

Sumqayıtda intihar hadiəsi baş verib. Məlumata görə, hadisə Saray bağlarında qeydə alınıb. Belə ki, Saray bağlarında kirayədə yaşayan, 1964-cü il təvəllüdlü Vaqif Aydın oğlu Qaraşov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma gedir.