İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək
Fevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək. Forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az)online jurnalıdır. Təşkilatçıların “OLAYLAR”-a verdioyi xəbərə görə, Forum “Beynəlxalq PR Assosiasiyası(IPRA) tərəfindən dəstəklənən tədbir” xüsusi statusuna layiq görülüb və “endorsed by IPRA” loqosu ilə gerçəkləşəcək.
18 Dekabr 2017 12:39 SosialFevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək. Forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzi və mərkəzin Proloq (www.proloq.az)online jurnalıdır. Təşkilatçıların "OLAYLAR"-a verdioyi xəbərə görə, Forum "Beynəlxalq PR Assosiasiyası(IPRA) tərəfindən dəstəklənən tədbir" xüsusi statusuna layiq görülüb və "endorsed by IPRA" loqosu ilə gerçəkləşəcək.
Müxtəlif yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, Amerika, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolgarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən çıxışçıların iştirakı gözlənilir.
Forumun təşkilat komitəsindən verilən məlumata görə, məqsəd Azərbaycanda özünün inkişaf mərhələsini yaşayan ictimaiyyətlə əlaqələr sahəsində mövcud vəziyyəti təhlil etmək, atılan müsbət addımları təqdir etməklə yanaşı, çatışmazlıqları aşkara çıxarıb onların aradan qaldırılması yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, beynəlıxalq əməkdaşlıqlara vəsilə olmaqdır.
Foruma bu sahədə təhsil verən universitetlərinin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamları da dəvət olunublar.
Forumun ölkəmizdəbu sahədə çalışan insanlara töfhəsi təcrübə mübadiləsi, dünyanın aparıcı PR mütəxəssisləri ilə ünsiyyət, yeni işgüzar münasibətlərin formalaşdırılması, PR sahəsindəki ən son tendensiyalarla tanışlıq imkanları olacaq.
Yaxın günlərdə PRoloq jurnalının internet səhifəsində forumun proqramı elan olunacaq və tədbirdə iştirak üçün qeydiyyat başlanacaq.