Gündəm

Əmanətlərin Sığortalanması Fondu “DəmirBank”ın kreditorlarına müraciət edib

4 Yanvar 2018 17:46

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarına müraciət edib. Fonddan  verilən məlumata görə, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə  Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.

"Qəbələ" Mahir Mədətovu qınadı: "Üzr istəməsini gözləyirik”

4 Yanvar 2018 17:44

“Qəbələ” futbol klubu “Qarabağ”ın gənc hücumçusu Mahir Mədətov haqqında bəyanat yayıb. Klub M.Mədətovu qınayıb. Buna səbəb isə 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində gedən “Qış nağılı” verilişində futbolçunun səsləndirdiyi fikirlər olub.

Ölümlə nəticələnmiş qəza törədərək hadisə yerindən qaçan sürücü həbs edilib

4 Yanvar 2018 17:43

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü həbs edilib.

"Neftçi" "Qalatasaray"ın oyunçusuna göz dikdi

4 Yanvar 2018 17:41

Qış fasiləsi dövründə heyətini gücləndirmək istəyən “Neftçi” “Qalatasaray”lı Cem Pol Karacanı heyətinə qatmaq istəyir. Hazırda “Bolton”un şərəfini qoruyan futbolçu Azərbaycana gəlmək təklifinə müsbət baxır.

BAXCP rəsmisi: “25 il radikal müxalifətdə qalmaq təcrübəsi yoxdur" MÜNASİBƏT

4 Yanvar 2018 17:19

“Radikal müxalifət üçün 2018-ci il də heç bir perspektiv görsənmir. Bu il radikal müxalifətin 25 illiyi tamam olacaq. Məncə, bu il ancaq onlar üçün "yubley" ili kimi yadda qalacaq. Əslində bu fikrim ironiya olsa da, real həqiqətə söykənir”. Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

10 nəfər balıqdan zəhərləndi

4 Yanvar 2018 17:11

Moskvada restoranların birində 10 nəfər balıqdan zəhərlənib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskva meri Leonid Peçatnikov hadisə ilə bağlı verdiyi açıqlamasında 1 nəfərin hospitallaşdırıldığını deyib: "10 nəfər köhnəlmiş balıqdan zəhərlənib.Zəhərlənmə ağır dərəcədə olub".

Bakıda subasma sahələri aktivləşib - SİYAHI

4 Yanvar 2018 17:10

Bakıda subasma sahələri aktivləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Binəqədi I mədən yaşayış sahəsində son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb. Onun sözlərinə görə, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında təbii amillərin təsirindən nisbi aktivlik müşahidə edilib.

Rusiya 2018-ci ildə üç ölkəni işğal edəcək - MÜHARİBƏ SSENARİLƏRİ

4 Yanvar 2018 17:05

2018-ci ildə Rusiya Baltikyanı ölkələri - Litva, Latviya və Estoniyanı tutmağa çalışa bilər. Bu haqda ABŞ-ın “The National Interest” jurnalı bildirib. Nəşr “RAND Corporation” analitik şirkətin məlumatlarına istinadən bildirir ki, Rusiya 845 min əsgərdən istifadə edərək 3 Baltikyanı ölkəni işğal etməyi bacaracaq.

Alpinistlərin axtarışları ilə bağlı SON XƏBƏR

4 Yanvar 2018 17:03

Quba rayonu istiqamətində itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin Qəbələ rayonu ərazisindəki axtarışları nəticə verməyib. Bu barədə  "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bildirib. Onun sözlərinə görə, Qəbələdə axtarışlar fasiləsiz aparılsa da, nəticə verməyib: "Artıq biz qayıtmışıq. Qubanın Xınalıq istiqamətində Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları axtarışları davam etdirir. Biz də həmin axtarışlara qoşulacağıq. Məndə olan məlumatlara görə, hələ ki axtarışlardan müsbət nəticə əldə edilməyib".

Keçən il 275 müəllimin iş yeri dəyişdirilib

4 Yanvar 2018 16:56

2017-ci ilin iyun ayında Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi proqram təminatı tətbiq edilməklə aparılıb.

Bayram günlərində dəmir yolu nəqliyyatı ilə 16404 sərnişin daşınıb

4 Yanvar 2018 16:55

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Yeni təqvim ili ərəfəsində, istirahət günlərində,  gucləndirilmiş iş rejimində çalışıb. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sərnişin daşımaları Departamentindən verilən məlumatda bildirilir ki, bayram günləırində sərnişin sıxlığını qismən də olsa azaltmaq üçünü  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilib.

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb

4 Yanvar 2018 16:55

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması istiqamətində işlər yekunlaşıb. Bakı Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki,  metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır.  Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar edilib

4 Yanvar 2018 16:53

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobilə gömrük baxışı keçirilib.

ETSN: Teleqüllə yaxınlığında 60-70 metr uzunluğunda çatlar yaranıb

4 Yanvar 2018 16:48

Bakı və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov  deyib ki, “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub – şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb.

Çexiyada qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi

4 Yanvar 2018 16:46

Çexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib. Məlumata görə, yeməyi bişirən qadın marixuananı digər ədviyyatla səhv salıb.