Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar edilib

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobilə gömrük baxışı keçirilib.

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 190" markalı avtomobilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının söykənəcəyi ilə yanacaq çəninin arasında xüsusi düzəldilən yerdən gömrük nəzarətindən gizlədilən, hər birində 40 ədəd olmaqla üzərində "Black Devil EK 23" yazısı olan 15 qutu pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31