Çin Rusiya və Çin liderləri arasında keçirilən görüşlərin münasibətləri yeni səviyyəyə qaldırdığını bildirib- ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında bu il Şençjendə keçirilən danışıqlar Moskva-Pekin münasibətlərini yeni mərhələyə qaldırıb. Olaylar.az xəbər verir ki,  bunu Çinin maliyyə naziri Lan Foan Rusiya-Çin Maliyyə Dialoqunun 12-ci iclasında bildirib.
Nazir Rusiya Baş nazirinin müavini və maliyyə naziri Anton Siluanovla görüşdə bildirib ki, "Bu il Çin və Rusiya arasında tərəfdaşlıq və strateji əməkdaşlığın qurulması, eləcə də ölkələrimiz arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasının 25-ci ildönümüdür". "Bu il Prezident Si Cinpin və Prezident Putin dörd dəfə görüşüblər. Xüsusilə ötən həftə Şençjendə keçirilən liderlərin uğurlu zirvə görüşü və Çin, Rusiya və ABŞ dövlət başçılarının tarixi üçtərəfli görüşü diqqətəlayiqdir. Bu görüşlər Çin-Rusiya münasibətlərini yeni, daha sürətli inkişaf mərhələsinə daşıyıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00