BAXCP rəsmisi: “25 il radikal müxalifətdə qalmaq təcrübəsi yoxdur" MÜNASİBƏT
“Radikal müxalifət üçün 2018-ci il də heç bir perspektiv görsənmir. Bu il radikal müxalifətin 25 illiyi tamam olacaq. Məncə, bu il ancaq onlar üçün "yubley" ili kimi yadda qalacaq. Əslində bu fikrim ironiya olsa da, real həqiqətə söykənir”. Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
4 Yanvar 2018 17:19 Siyasət"Radikal müxalifət üçün 2018-ci il də heç bir perspektiv görsənmir. Bu il radikal müxalifətin 25 illiyi tamam olacaq. Məncə, bu il ancaq onlar üçün "yubley" ili kimi yadda qalacaq. Əslində bu fikrim ironiya olsa da, real həqiqətə söykənir". Bunu açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində 25 il müxalifətdə qalmaq təcrübəsi yoxdur: "Elə bir ölkə göstərə bilmərsiniz ki, 25 il müxalifətçilik etsin. 25 il bundan qabaq müxalifətdə olan siyasətçilər artıq həm hakimiyyətə gəlib, həm də hakimiyyət müddətini başa vurub indi öz nəvələri ilə vaxt keçirdirlər. Bunlar isə, utanmadan öz siyasi iddialarından əl çəkmirlər. Bunların uğur qazanmamasnın əsas səbəbi apardığı siyasətlə bağlıdır. Azərbaycan cəmiyyəti radikal siyasətə dəstək vermir. Radikallıq heç zaman xalqa, dövlətə xeyir gətirə bilməz. Bu adamlar "radikal müxalifət" ştatı açıb Azərbaycan dövlətinin milli maraqlarını sevməyən, nifrət edən xarici qüvvələrdən maliyə almaqla məşğuldular. Əsasən də erməni diasporasına dəstək olan qüvvələrdən maliyələşirlər. Və bu səbədən də siyasətə tərk etmək istəmirlər. Bilirsiniz ki, bu il Azərbaycanda prezident seçkiləridir. Hər dəfə ölkəmizdə seçki zamanında radikal müxalifət bir sıra qüvvələrin Azərbaycan hakimiyyətinə olan təzyiq kampaniyasına qoşulub müəyyən maliyyə qoparırlar. Bu dəfə də radikallar üçün bu gözləniləndir. Seçkidə işitrak edib pul alsınlar. Bundan başqa onlar üçün heçnə gözlənilmir". Sia.az