Gündəm
Patriarx Kirill: Prezident İlham Əliyev Azərbaycanın firavanlığı naminə bütün gücünü sərf edən dövlət lideridir
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Zati-aliləri, möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Prezident: Tatarıstan və Azərbaycan arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin səmərəli inkişafı davam edəcək
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məhəmməd Füzulinin oğlu Fəzlinin şeirləri tapılıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında dahi şairimiz Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkarlayıb.
Həbsdən azad edilən şəxslərə nə qədər müavinət verilir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ildə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 5214 nəfər şəxsə birdəfəlik müavinət ödənilib.Nazirlikdən bildirilib ki, müvafiq qanunvericiliyə uyğun olaraq, bu təbəqədən olan şəxslərə minimum əmək haqqının 4 misli qədər birdəfəlik müavinət verilir.
Regionların sosial iqtisadi inkişafı əhalinin rifahının yüksəlməsinə şərait yaradıb
Azərbaycan müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas məsələrdən biri ölkənin iqtisadi müstəqilliyinin təmin edilməsindən ibarət idi. Qarşıya qoyulan hədəfə nail olmaqdan ötrü isə ölkədə iqtisadi islahatların həyata keçirilməsilə təkcə mərkəzi şəhərlərin deyil, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etmək zərurəti yaranırdı. Belə halda sözsüz ki, regionların inkişafına nail olmaq dövlət üçün prioritet hesab olunurdu. Məhz bu kimi amilləri nəzərə alan ölkə prezidenti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı imzaladı.
Bu qorxunun əsiri olanlara yenə deyirəm… - Nazarbayev
Avrasiya İttifaqının SSRİ-nin yenidən yaradılması ilə əlaqəsi yoxdur. Bu sözlər Qazaxıstan Prezidenti Nursultan Nazarbayevinin yeni “Müstəqillik erası” kitabında yer alıb.
Polşa: Rusiya ilə bu sazişi şərtlə imzalayacağıq
Polşa Rusiyadan qaz alışını davam etdirə bilər, amma yeni müqaviləni öz şərtləri ilə imzalayacaq. Bunu “Pravna” qəzetinə müsahibəsində PGNiG neft-qaz şirkətinin rəhbəri Maçey Vojnyak söyləyib. Onun sözlərinə görə, hazırkı razılaşma çox köhnəlib: “Polşanı çətin vəziyyətə salan səhvlərimizi təkrar etməməliyik.
Qobustanda azyaşlı qardaş-bacı yanaraq ölüb
Qobustan rayonu, Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkarlanıb.
Türkiyədə yeni qadağa
Türkiyənin şimal-qərbindəki Düzce vilayətində 3 mərtəbədən yüksək binaların tikilməsi qadağan edilib. Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamında deyilir.
Azərbaycanlı müştərilər erməniləri restorana gəldiklərinə peşman etdilər
Gürcüstanın Tbilisi şəhərində yerləşən "Taglaura" restoranında azərbaycanlılar erməni müştəriləri pərt ediblər. Bir qrup azərbaycanlı restoranda olarkən ermənilər Qarabağ mahnıları sifariş verib və bu, həmyerlilərimizin qəzəblənməsinə səbəb olub. Azərbaycanlılar sözü bir yerə qoyaraq ermənilərin mahnısını yarımçıq kəsdirib. Daha sonra yalnız Azərbaycan mahnıları sifariş verərək oynayıblar. Sonda isə "Sarı gəlin" mahnısı sifariş olunub. Bu zaman əksəriyyəti ermənilərdən ibarət olan müştərilər restoranı tərk ediblər.
“Beşiktaş” futbolçusunu fantastik qiymətə SATDI - Transfer REKORDU QIRILDI
“Beşiktaş” ulduz forvardı Cenk Tosunu İngiltərənin “Everton” klubuna satıb. Transfer 27 milyon avro qarşılığında baş tutub. Beləliklə, Cenk Tosun Türkiyədən xaricə satılan ən bahalı futbolçu kimi tarixə keçib.
Qatar relsdən çıxdı: 100 yaralı
Cənubi Afrika Respublikasında qatarın relsdən çıxması nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb. Qəzada azı 4 nəfərin həlak olduğu bildirilib. Qəza Hennenman və Krunstadt yaşayış qəsəbələri arasında baş verib.
Azərbaycan neft ehtiyatlarına görə dünyada 20-ci sıradadır
Azərbaycan 7 mlrd. barel neft ehtiyatları ilə bu göstərici üzrə dünyada 20-ci sırada qərarlaşıb. Bu barədə "Global Firepower" beynəlxalq araşdırma şirkəti tərəfindən hazırlanan hesabatda bildirilib.
The Guardian”: Trampın qızı ABŞ prezidenti olmaq istəyir
Jurnalist-yazıçı Maykl Vulf müəllifi olduğu “Od və Qəzəb. Trampın Ağ Evində” adlı kitabında qeyd edib ki, ABŞ prezident Donald Trampın qızı İvanka bu ölkənin tarixində ilk qadın prezident olmaq niyyətindədir.
Azərbaycanlı şagirdlər 3-cü Beynəlxalq Elm Festivalında uğur qazandılar
Avropa Azərbaycan Məktəbinin müəllimləri (EAS) Elvin Abdullayev və Mələk Əzizova şagirdlərlə Ekologiya mövzusunda elmi layihə üzərində işləyirdilər.














