Gündəm

Bu ölkədə qara rəngli maşınlara qadağa qoyuldu

4 Yanvar 2018 15:41

Türkmənistanda qara rəngli avtomobillərin istifadəsi qadağan olunub. Məlumata görə, qərar ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun ağ rəngə olan sevgisindən qaynaqlanıb.

Politoloq: "İrandakı etirazlar əvvəlcədən planlaşdırılmışdı"

4 Yanvar 2018 15:39

Artıq İranda hökumət əleyhinə keçirilən etirazlar başa çatıb. Rəsmi məlumata görə, ölkə üzrə iğtişaşlarda 15 min nəfər iştirak edib. İrandakı hadisələr son günlər dünyanın ən aktual mövzusuna çevrilib. Rəsmi Tehran iğtişaşlara görə ABŞ və digər Qərb ölkələrini, Amerika prezidenti Donald Tramp isə İran rəhbərliyinin yürütdüyü siyasəti sərt tənqid edir.

Gender bərabərliyi günümüzün ən ciddi problemlərindən biri kimi

4 Yanvar 2018 15:33

Dünya müasirləşdikcə, inkişaf etdikcə bir sıra problemlər, cəmiyyətdə mövcud olan nöqsanlar aradan qaldırılsa da. Lakin qadınlara qarşı olan münasibət hələ də öz müsbət axarına qədəm qoymur, əksinə bir çox hallarda qadınlara qarşı davranışlar bir qədər də sərtləşir, müasir dünyamıza zidd hal, xüsusiyyət alır.

8 minədək hərbi qulluqçu övladı bayram şənliklərində iştirak edib

4 Yanvar 2018 15:31

Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri təşkil olunub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, məktəb tətili günlərində keçirilən bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə 8 minədək övladı üçün yeni il konsertləri, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.

Paytaxt məktəblisi dünya çempionu olub

4 Yanvar 2018 15:30

Paytaxt məktəbliləri tokima idman növü üzrə Türkiyədə keçirilən dünya çempionatında I yerə layiq görülüb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 232 nömrəli tam orta məktəbin III sinif şagirdi Vüsal Nəsirov, V sinif şagirdi Fəhmin İdrisov və 327 nömrəli tam orta məktəbin VI sinif şagirdi Taleh Mehralıyev yarışda bütün rəqibləri üzərində qələbə qazanıblar.

Yaponiyada ancaq kişilərin yoluxduğu ölümcül virus

4 Yanvar 2018 15:29

Son aylarda Yaponiyada naməlum  bakteriya 525 nəfərin ölümünə yol açıb. Yaponiya Milli İnfeksiya Xəsətəlikləri İnstitununun məlumatına əsasən, ötən ilin dekabır ayının 10- a qədər ölkədə bu ölümcül bakteriyadan 525 nəfər dünyasını dəyişib.

Lənkəranda küçəyə Aprel şəhdinin adı verildi

4 Yanvar 2018 15:28

Aprel şəhidimiz gizir Rusif İbrahim oğlu Ağayevin adı Lənkəran şəhərində doğulduğu qəsəbədəki küçəyə verilib. “OLAYLAR”-ın xəbərinə görə, şəhid gizirin atası İbrahim Ağayev əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib: “Biz küçəyə Rusifin adının verilməsi ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətinə müraciət etmişdik. Müraciətimiz Nazirlər Kabinetinə göndərildi və təsdiqləndi. Noyabrın əvvəlində yaşadığımız Hirkan qəsəbəsinin baş küçələrindən birinə oğlum Rusif Ağayevin adı verildi.  Bu işdə əməyi keçən hər kəsə minnətdarıq”.

Doğuşa hazırlaşan qadını zorlamaq istədi - Palatada şok olay - Romada

4 Yanvar 2018 15:17

38 yaşlı kişi tibb bacısı paltarını geyinib, palatada yatan qadına təcavüz etmək istəyərkən saxlanılıb. Hadisə Romada yaşanıb. Belə ki, Somalidən gələn Əli Abdella adlı miqrant tibb bacısı geyimində 31 dekabr tarixində xəstəxanada doğuşa hazırlaşan qadının palatasına daxil olub. O, qadına yaxınlaşaraq, müayinə etmək adıyla ona qarşı zorakı hərəkətlər etməyə başlayıb. Qadının köməyinə həkim və tibb bacıları gəlib.

Türkiyə yeni hərbi birləşmə qurur - NATO üçün daha bir GÖZDAĞI

4 Yanvar 2018 15:12

Türkiyə Rusiyadan aldığı “S-400” raketdən müdafiə sistemini orduda tətbiq etmək üçün “S-400 Raketdən Müdafiə Alay Komandirliyi”ni quracaq. Komandirlik 2 tabor, 4 bölükdən ibarət olacaq.

Röyanın keçmiş qayınatasının cinayət işi məhkəmədədir

4 Yanvar 2018 15:10

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işinin istintaqı və tanış olma mərhələsi başa çatıb. Ç.Cəlilovun cinayət işi artıq məhkəməyə göndərilib.  İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Rusiyada GÜCLÜ YANĞIN: 10 nəfər öldü - VİDEO

4 Yanvar 2018 15:08

Rusiyanın Novosibirsk vilayətində anbarda baş verən yanğın nəticəsində 10 nəfər ölüb. Cəsədləri aşkarlanan şəxslər anbarda işləyirmişlər.  

Bayram günlərində gedənlərin sayı azalıb, gələnlərin isə artıb

4 Yanvar 2018 15:06

Ötən illə müqayisədə bu il Yeni il bayramı günlərində xaricə gedən azərbaycanlıların sayı azalıb, Azərbaycana gələn turistlərin sayı isə artıb. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovdeyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının çoxu ölkəmizin regionlarında - Quba, Qusar, Qəbələ və Lənkəranda istirahət ediblər.

GİN işçi axtarır

4 Yanvar 2018 15:00

Gənclər və İdman Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, bunlar Göyçay rayon Gənclər və İdman İdarəsinə rəis müavini və Qobustan rayon Gənclər və İdman İdarəsinə rəis müavini vəzifələridir. 

Nyu Yorkda qar fırtınası: məktəblər bağlanacaq

4 Yanvar 2018 14:58

Nyu York məktəbləri yaxınlaşan qar fırtınası ilə əlaqədar bağlanacaq.  Bunu şəhər meri Bill de Blazio deyib.  Yanvarın 4-ü səhər daha çox qar yağacağı gözlənilir. Qarın hündürlüyünün 23-30 sm olacağı ehtimal edilir.

General göstəriş verdi, yol polisi hərəkətə keçdi - Azərbaycanda İLK

4 Yanvar 2018 14:54

Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.