Gündəm

Rusiya bu ölkəyə ordu yeridəcək - Belkovski

4 Yanvar 2018 14:51

Rusiya Moldova Prezidenti İqor Dodonun səlahiyyətlərinin əlindən alınmasından istifadə edərək, bu ölkədə yeni konflikt başlada bilər. Bunu “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı politoloq Stanislav Belkovski söyləyib. Onun sözlərinə görə, Dodon məhz rusiyayönlü mövqeyi səbəbindən cəzalandırılıb: “Vladimir Putin postsovet məkanında kimisə dəstəkləməyə başlayan kimi onun böyük problemləri yaranır. Belə nümunələr kifayət qədər çoxdur.

Hizbullah: İsrailə yeni sürprizlər hazırlayırıq

4 Yanvar 2018 14:49

Hizbullah Fələstində İsrailə qarşı intifadanı dəstəkləyir. Bunu Hizbullah lideri Həsən Nəsrullah “Əl Mayadin” televiziyasına müsahibəsində söyləyib. “Hizbullah Fələstinin müqavimət hərəkatını hər zaman dəstəkləyib.

Minlərlə əsgərimiz sizin üçün qurban getdi – ABŞ-a cavab

4 Yanvar 2018 14:47

Keçmiş bizə öyrətdi ki, ABŞ-a kor-koranə güvənmək lazım deyil. Bu sözləri Pakistanın Xarici İşlər naziri Xoca Məhəmməd Asif deyib. “ABŞ prezidenti bizdən nə etdiyimizi soruşur. Sizə hərbi bazalarımızı açdıq. Əfqanıstandakı ABŞ əsgərlərinin silah və ləvazimatla təmin edilməsi bizim torpaqlarımız vasitəsilə həyata keçirildi. Minlərlə sivil vətəndaşımız və əsgərimiz sizin başlatdığınız müharibənin qurbanı oldu”, - nazir bildirib.

Azərbaycanda 18 şirkətin əmlakı qiymətləndiriləcək

4 Yanvar 2018 14:45

“Azərbaycan Sənaye Korporasiyası” ASC 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədi ilə tender elan edib. Şirkətdən verilən məlumata görə, tender 5  lot üzrə keçirilir. Tenderə əsasən, “Aqroinvestkom” MMC, “İnter Tobakko” MMC, “Şəki-İpək” ASC, “Şəki Aqro İndastriz” MMC, “Kainat” ASC, “Pərvanə” MMC, BOT MMC, “İnter Textile” ASC, “Mingəçevir İzolit” ASC, “Şəki Kərpic” MMC, “Azəralüminium” ASC, “Bakı Glass” MMC, “Ceneral Konstrakşn” MMC, “Steel Structures” MMC, “İnter Peşəkar İdman Klubu” MMC, “CTS Agro” MMC, “Det-Al Alüminium” MMC və “Det-Al Metal DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinin əmlakları qiymətləndiriləcək.

İtkin düşən alpinistlərlə bağlı yeni GÖRÜNTÜ -İlk dəfə ortaya çıxdı - VİDEO

4 Yanvar 2018 14:41

Dekabrın 23-ü itkin düşən gənc alpinistlərin axtarışları hələ də davam etdirilir."Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

“Azəriqaz”dan limiti keçən abonentlər haqda AÇIQLAMA

4 Yanvar 2018 14:38

Ağızdan gələn pis qoxunun səbəbi məlum oldu!  Ən güclü qurd dərmanı budur! Boş mədəyə qəbul etdikdə bir yığın qurd tökür Boş mədəyə qəbul olunsa, ağızdakı pis qoxu yoxa çıxar və qaraciyər təmizlənər Yadda saxlayın! Oynaq xəstəlikləri 3 günə sağalır! Dizlərə...

İranda yüzlərlə insan yenidən küçələrə çıxdı

4 Yanvar 2018 14:34

İranın qərbində yerləşən Həmədan şəhərində ölkə rəhbərliyinə dəstək mitinqləri keçirilir. Bu barədə “Mehr” agentliyi xəbər yayıb. Xəbərdə deyilir ki, nümayişçilər əllərində dini lider Əli Xameneyinin və İran prezidenti Həsən Ruhaninin portretlərini tutaraq şəhərin küçələrinə çıxıblar. Onlar hökumətin lehinə şüarlar səsləndirirlər.

Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARIN ÜSTÜNÜ AÇDI: ordudakı qızları... 

4 Yanvar 2018 14:23

Uzun illərdir təkpartiyalı hakimiyyət idarəçiliyi ilə qapalı qalan Şimali Koreya hələ də, sirli ölkələrdən biridir. Bu ölkə haqqında hər bir məlumatın oxucular tərəfindən maraqla qarşılanmasını nəzərə alaraq  Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin dəhşətə gətirəcək etiraflarını və bu ölkədən gizli şəkilləri təqdim edir: Şimali Koreyadan qaçan keçmiş qadın əsgərin sözlərinə görə, dünyanın ən böyük dördüncü ordusunda stress və qida çatışmazlığı səbəbindən qadınlar menustrasiya olmur, orduda təcavüz halları isə qadın əsgərlər üçün adi haldır.

Çayxanalarda siqaret çəkməyə icazə verilmir - Rayonlarda qadağa

4 Yanvar 2018 14:21

Xəbər verdiyimiz kimi, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Məlumata görə, qapalı məkan işlədən obyekt sahiblərinə bununla bağlı xəbərdarlıq edilib. Qeyd olunub ki, qapalı məkan sahibləri siqaret çəkilməsinə ciddi nəzarət etməlidir, əks halda onlar cərimələnəcək. Əldə etdiyimiz məlumatlara görə, artıq paytaxtla yanaşı bəzi bölgələrdə restoran və çayxanalarda siqaret çəkilməsinə icazə verilmir. İaşə obyektlərində siqaretin qadağan olunması haqda xəbərdarlıq elanı yerləşdirilib.

Arvadından şübhələnib arxasınca getdi, qapını açanda başqa kişi ilə yataqda tutdu - VİDEO

4 Yanvar 2018 14:19

İstanbulun Üsküdar rayonunda arvadını başqa kişi ilə tutan ər cinayət törədib.  Gözünü qan alan ər arvadını və görüşdüyü kişini bıçaqlayıb. Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb. Qadının isə müalicəsi davam etdirilir.

Bakıda naməlum kişi meyiti tapılıb

4 Yanvar 2018 14:17

Yanvarın 3-də Səbail rayonunun Ü.Hacıbəyov küçəsindəki yaşayış binalarının həyətində təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib. Daxili Uişlər Nazirliyindən bildirilib ki, onun xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, sarı saçlı, gözləri yaşıl, sinəsinin sol hissəsində alova bənzər döymə, sol biləyinin nəbz hissəsində isə “СЭР” yazıları olan döymələr, əynində qara cins şalvar, qara gödəkçə, sarı və qırmızı zolaqları olan jaket və qara idman ayaqqabısı var.

Milli Məclisin yaz sessiyasının ilk iclasının vaxtı məlum olub

4 Yanvar 2018 14:15

Milli Məclisin 2018-ci il yaz sessiyasının ilk iclasının vaxtı məlum olub. Məlumata görə, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək. Yanvarın 15-dən isə komitə iclasları başlayacaq. İclasın gündəliyi isə yaxın günlərdə açıqlanacaq.

Seysmoloji Mərkəz: Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir

4 Yanvar 2018 14:14

"2016-cı illə müqayisədə ötən il Azərbaycanda seysmik aktivlik azalıb”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib. O bildirib ki, 2016-cı ildə Azərbaycanda hiss edilən zəlzələlər daha çox olub. V. Rafiqqızının sözlərinə görə, hazırda ölkə ərazisində seysmik aktivlik fon səviyyəsindədir.

Ər-arvad boşananda borcları kim ödəməlidir?

4 Yanvar 2018 14:07

Hazırda ölkədə müşahidə olunan boşanmaların sayının artımı fonunda əmlak bölgüsü və alimentin məsələsi aktuallıq təşkil edir. Sözügedən məsələlərlə bağlı qanunvericilikdə konkret müddəaların olmasına baxmayaraq onların təıtbiqi zamanı yaranan anlaşılmazlıqlar mübahisələrin uzun müddət davam etməsinə səbəb olur. Bu və ya digər məsələlərlə bağlı suallarımızı vəkil Rövşən Qasımov cavablandırır.