Gender bərabərliyi günümüzün ən ciddi problemlərindən biri kimi

Dünya müasirləşdikcə, inkişaf etdikcə bir sıra problemlər, cəmiyyətdə mövcud olan nöqsanlar aradan qaldırılsa da. Lakin qadınlara qarşı olan münasibət hələ də öz müsbət axarına qədəm qoymur, əksinə bir çox hallarda qadınlara qarşı davranışlar bir qədər də sərtləşir, müasir dünyamıza zidd hal, xüsusiyyət alır.

Qərb cəmiyyətlərində qadın haqlarının pozulması fəqrli ideologiyalar altında özünü göstərir

Dünya müasirləşdikcə, inkişaf etdikcə bir sıra problemlər, cəmiyyətdə mövcud olan nöqsanlar aradan qaldırılsa da. Lakin qadınlara qarşı olan münasibət hələ də öz müsbət axarına qədəm qoymur, əksinə bir çox hallarda qadınlara qarşı davranışlar bir qədər də sərtləşir, müasir dünyamıza zidd hal, xüsusiyyət alır. Baxmayaraq ki, neçə illərdir bütün dünyada gender bərabərliyi prinsipindən danışılır, onun tətbiq olunmasına səy göstərilir, kişilərlə qadınlar arasında mövcud olan ayrıseçkiliyi aradan qaldırmağa çalışırlar, ancaq hələ də bu sahədə problem qalmaqdadır. Hətta bəzi ölkələrdə gender bərabərliyi ən çirkin formada, amansızcasına, günümüzün həyat və yaşam tərzinə çox-çox zidd olaraq pozulur. Qadınlara seçib-seçilmək hüququnun verilməməsi, onların dövlət idarələrində çalışmalarına qoyulan qadağalar, yaxud qadına ümumən işləmək hüququnun verilməməsi kimi mənfi tendensiyalar bu gün də bir sıra ölkələrdə mövcud olmaqdadır. Bu kimi mənfi tendensiya isə heç şübhəsiz ki, sivil cəmiyyətə xas deyil və ona qarşı maksimum dərəcədə fərdlər və qruplar, təşkilatlar halında mübarizə aparılır. Ancaq onu da etiraf etmək lazımdır ki, aparılan mübarizə hələ tam mənası ilə öz müsbət effektini vermir.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Aysel Vəliyeva deyir ki, bu gün ən ciddi problemlərdən biri gender bərabərliyi ilə bağlıdır. Onun sözlərinə görə, gender bərabərliyi təkcə inkişaf etməkdə olan cəmiyyətlərdə deyil, inkişaf etmiş ölkələrdə də ciddi məsələlərdən biridir: "Hər nə qədər qadın hüquqlarından danışılsa da, bir çox cəmiyyətlər qadını kişidən daha aşağı səviyyədə görür, istər iş, istərsə də məişət həyatında qadınlar bir çox zorakılıqlara, haqsızlıqlara məruz qalırlar.İnkişaf etmiş ölkələrdə iş həyatında qadınlar arxa planda qalaraq hüquqları pozulur.Geridə qalmış ölkələrdə isə qadınların hüquqlarıtəhsildən, iş həyatından uzaq saxlanılmaqla, hətta evlənərkən həyat yoldaşını seçməyə izn verməməklə pozulur. Qadın hüquqlarının pozulması deyəndə ilk olaraq ağıla şərq cəmiyyətləri gəlir. Dini bilgilərini Qurandan deyil, xurafatlardan alan insanlar qadınlara nifrət edir, onları evdə saxlamağa, insanlarla ünsiyyətini məhdudlaşdırmağa, təhsildən və s. kimi haqlarından məhrum etməyə çalışırlar. Halbuki Quranda qadınlar təriflənir və qadın-kişi haqlarının eyni olduğu bildirilir". Aysel Vəliyeva deyir ki, Qərb cəmiyyətlərində isə qadın haqlarının pozulması fəqrli ideologiyalar altında özünü göstərir. Darvinizm qadını təkamülünü tamamlamamış varlıq kimi qələmə verir: "Darvin "İnsanın mənşəyi" kitabında qadınların geri və aşağı səviyyəli mədəniyyətə sahib olduqlarını yazır. Darvinizmdən bəhrələnən nasist Almaniyasında 1929-cu ildə fəaliyyət göstərən 39 nasional-sosialist təhsil qurumundan yalnız ikisi qızlar üçün idi.Nasistlər üçün qadının vəzifəsi çoxalma fermalarında üzünü ilk dəfə gördükləri alman gənclərindən hamilə qalaraq arian irqini ortaya çıxarmaq idi. Kapitalizm isə qadını alınıb-satılan obyektə çevirdi. Bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı qeyd edir ki, hər il iki milyon qadından sərhədlərdən kənar qadın alverində istifadə edilir. Qadınlara qarşı tətbiq olunan zorkılığa gəlincə isə Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi (FRA) Avropanın 28 ölkəsində 18-72 yaşları arasında 42000 qadın ilə çox geniş tədqiqat aparıb. Əldə edilən nəticəyə görə ən çox zorakılığın törədildiyi ölkə Danimarkadır. Sonrakı yerləri Hollandiya və Fransa tutur. 2011-ci ildə Birləşmiş Ştatlar hökumətinin apardığı tədqiqatlara görə hər 4 qadından birinin zorakılığa məruz qaldığı aşkar olub.29 milyon qadın sevgilisi, ya da əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Dünyadakı qadın cinayətlərinin 40 faizində qatil ya qadının əri, ya nişanlısı, ya da sevgilisidir. Bu zorakılıqlar qadınların yaşamaq həvəsini söndürür. Qadınlar təzyiq gördüklərindən gözəl və cazibədar olmaqdan çəkinirlər. Qadının ağlı, işgüzarlığı və düşünmə qabiliyyətindən istifadə edilmir. Halbuki qadınlar daima dərin düşünür, onlar sənətə, gözəlliyə daha çox meyl edirlər". Ekspertin qənaətincə, əgər cəmiyyət qadına önəm verməz, geridə tutarsa, həmin dövlət güclü ola bilməz: "Qadınların hüquqları kişilərlə eyni, hətta daha çox olmalıdır. Kişilərin qadınlardan üstün olması, qadınların ağlının az olması ilə bağlı fikirlər tamamilə aradan qaldırılmalıdır. Təhsildə, siyasətdə, iş həyatında və digər sahələrdə qadınlara üstünlük verilməlidir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31