Gündəm

Ronalduya 3 klubdan təklif

4 Yanvar 2018 18:55

"Real"ın futbolçusu Kriştianu Ronalduya 3 klubdan təklif göndərilib. Həmin klublardan birinin yaxın günlərdə "Real"la rəsmən danışıqlara başlayacağı bildirilib.

Kosmik "brilliant"ın görüntüləri əldə edildi

4 Yanvar 2018 18:50

Astronomlar kosmik "brilliant"ın şəkillərini nümanyiş etdiriblər. Alimlər NGC 1398 adlı və mərkəzi hissəsi brillantın parıltısını xatırladan spiralvari qalaktikanın şəkillərini əldə edə biliblər. Avropa Cənub Observatiyasından  bildiriblər ki, qalaktika Yerdən 65 milyon işıq ili məsafədə yerləşir.

Yer üzündə canlıların ən qədim əcdadı tapılıb - Elmi iddia

4 Yanvar 2018 18:45

Kanada və ABŞ alimləri Kanada ərazisində tapılmış daşlaşmış Bangiomorpha pubescens yosunlarının qalıqlarının tədqiq ediblər. Paleontoloqlar qərara gəliblər ki, onların 1,2 milyard il yaşı var. Məlum olub ki, fotosintez qabiliyyətli bu qədim canlı orqanizmlərin hüceyrələri eukariotik quruluşa malik olub. Yosunları yaşı nəzərə alınsa, bu tapıntılar Yer üzündə bütün canlı mikroorqanizmlərin ən qədimi hesab oluna bilər.

Qaban məktəbə hücum etdi, dərslər dayandı

4 Yanvar 2018 18:40

İtaliyada Siciliya adasının Palermo şəhərində iri çöldonuzu məktəbin həyətinə daxil olub. Məlumata görə, qida axtarışında olan qabanı həyətdə gəzişdikdən sonra təqiblərdən gizlənmək üçün məktəb binasına daxil olub. 

“Qəbələ” bəyanat yayıb

4 Yanvar 2018 18:35

“Qəbələ” futbol klubu “Qarabağ” komandasının futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb. Məlumata görə, buna səbəb 31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişində millinin də şərəfini qoruyan hücumçunun səsləndirdiyi fikirlər olub.

Terrorçular ölümlə cəzalandırılacaqlar  YENİ QANUN

4 Yanvar 2018 18:30

İsrail parlamenti terroristlər üçün ölüm hökmünü nəzərdə tutan qanun layihəsini qəbul edib. Artıq bundan sonra terror aktında məsul olanlar ölümlə cəzalandırılacaqlar. Qanun layihəsinə görə, ölüm hökmünün təyin edilməsi üçün məhkəmə instansiyasından 3 hakimdən 2-sinin rəy verməyi kifayətdir.

İstanbulda torpaq sürüşməsi baş verib

4 Yanvar 2018 18:25

Türkiyənin İstanbul şəhərində torpaq sürüşməsi olub. Hadisə şəhərin Ataşehir rayonunda baş verib. Batı Ataşehir rayonunun bələdiyyəsindən bildiriblər ki, torpaq sürüşməsi nəticəsində rayonun Barbaros məhəlləsində yerli bələdiyyəyə məxsus avtoparkın yanındakı binanın istinad divarı çöküb.

İt ili sağlamlığımız üçün nə vəd edir?

4 Yanvar 2018 18:20

Sağlamlığı verən Allah, onu qoruyan isə insanın özüdür. Bəs tibbi astrologiya 2018-ci ildə sağlamlığımız üçün nələri vəd edir?. 2018-ci il üçün tibbi astroloji proqnozu təqdim edirik.

Bakıda oğlan "Odnoklassniki"də tanış olduğu tanınmış həkimi şantaj etdi, pullarını aldı

4 Yanvar 2018 18:16

Bakıda tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib. akı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

4 Yanvar 2018 18:11

Azərbaycan prezidenti İlham Əliyev İsa Peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib. Məlumata görə, təbrikdə Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğunun, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasının çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə ümummilli mənəvi-ictimai dəyərlərin, zəngin multikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynadığı bildirilir:

Ağdamda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb

4 Yanvar 2018 18:07

Prezident İlham Əliyev Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ərdoğanın sözçüsü: “Bu, ABŞ-ın planıdır”

4 Yanvar 2018 17:55

“Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak edəcək nümayəndə heyətləri 3 ölkə - Rusiya, İran və Türkiyə tərəfindən razılaşdırılacaq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

Ermənistanda yanacaq bahalaşdı

4 Yanvar 2018 17:52

2018-ci il Errmənistanda benzin, dizel yanacağı və qazın bahalaşması ilə başlayıb. Məlumata görə, benzinin qiyməti dekabrın əvvəli ilə müqayisədə 10 faiz artıb. Dizel yanacağı 7 faiz, qaz 10 faiz bahalaşıb.

MTRŞ: Yeni telekanal 6 ay müddətində fəaliyyətə başlamalıdır

4 Yanvar 2018 17:50

““Televiziya və Radio Yayımı haqqında" qanunun müvafiq maddəsinə əsasən lisenziya alındıqdan sonra altı ay müddətində yayım həyata keçirilir”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov Şuranın elan etdiyi müsabiqənin qalibi olan “Türkel TV” MMC-nin yeni yayım kanalında nə zaman fəaliyyətə başlayacağı haqda səslənən suallara cavab olaraq deyib.

Ukraynalı nazir müavini: "2014-2015-ci illərdə Kiyevdə Avropaya gedən qaz kəmərinin partladılması planlaşdırılıb"

4 Yanvar 2018 17:48

“2014-2015-ci illərdə Kiyevdə dövlət səviyyəsində Avropaya təbii qaz nəql edən boru xəttinin partladılması planlaşdırılıb”. Məlumata görə, bunu Ukraynanın “Zik” telekanalına açıqlamasında müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlərlə bağlı məsələlər üzrə nazir müavini Yuri Qrımçak deyib. O bunun dövlət səviyyəsində planlaşdırıldığını qeyd edib.