Gündəm

Pakistana maliyyə yardımı dayandırıldı

5 Yanvar 2018 09:12

ABŞ Pakistana təhlükəsizlik məsələləri ilə üzrə maliyyə yardımını dayandırır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib. Dayandırılan maliyyə yardımının məbləği açıqlanmır.

Gənc Tamaşaçılar Teatrında premyeralar

5 Yanvar 2018 09:10

 Yanvarın 9-da  Gənc Tamaşaçılar Teatrında Əməkdar Artist Lətifə Əliyevanın iştirakı ilə “Vurğuna vurğun gəlin” tamaşası nümayiş olunacaq . Tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlunun Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır. Olaylar.az bildirir ki, yanvarın 10-da aktrisa Mehriban Abdullayevanın iştirakı ilə U.Luisun “İstədiyim kimi yaşamışam” tamaşasının premyerası baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağakişi Kazımovdur. Tamaşa bir qadının həyatının ruh halının tədricən dəyişən xarakterini əks etdirir.

İŞİD üzvləri saxlanıldı

5 Yanvar 2018 09:03

Türkiyənin Bingöl vilayətinin rəhbərliyi İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 26 nəfərin saxlanıldığını xəbər verib. Əməliyyat vilayətin təhlükəsizliyi üzrə idarə ilə Milli Kəşfiyyat İdarəsi tərəfindən birlikdə keçirilib.

Ortopedik əməliyyatlar keçirməyə kömək edən robot cərrah təqdim edilib

4 Yanvar 2018 20:02

Cari ilin ilk günü Hefey şəhərində ortopedik robot cərrahın iştirakı ilə ilk  əməliyyat keçirilib. Çində hazırlanmış və "Tyanszi" adlandırılmış bu robot mexaniki manipulyator, optik izləmə sistemi və idarəetmə paneli ilə təchiz edilib.

Konseptual “Samsung” qurğusu tənəffüsün bərpasına kömək edəcək- VİDEO

4 Yanvar 2018 19:54

Xəstələr ümumi anesteziya altında olduqdan sonra onlar üçün tənəffüs funksiyalarının tam bərpasına kömək edən əməliyyatdan sonrakı terapiya tələb olunur. Adətən bərpa prosesi xüsusi analoq qurğusu – spirometr vasitəsilə həyata keçirilir, lakin “Samsung” şirkəti bu cihazı əvəz edən innovativ qurğu kəşf edib. Belə ki, “Samsung” tibb mərkəzinin həkimi tərəfindən xəstələrə tənəffüsü tez bərpa etməyə kömək edəcək “GoBreath” adlı qurğu yaradılıb.

“Panasonic” şirkəti unikal ekzoskelet təqdim edib

4 Yanvar 2018 19:48

Ekzoskeletlər artıq yalnız fantastik film və videooyunlarda istifadə edilmir. Hazırda bir çox şirkətlər müxtəlif ekzoskelet modelləri hazırlamaqla məşğuldurlar. Amma belə hazırlamaların əksəriyyəti hərbi sahədə və ya idmançıların təlimində tətbiq edildiyi halda, “Panasonic” şirkətinin yeni həlli sıravi insanlara kömək etmək üçün nəzərdə tutulub.

Tokio olimpiadasında sifətin tanınması sistemindən istifadə olunacaq

4 Yanvar 2018 19:43

2020-ci il Tokio Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsi idman tədbirlərinin təhlükəsizliyini sifətin tanınması sistemi ilə gücləndirmək niyyətindədir. Bu, saxta və oğurlanmış şəxsiyyət vəsiqələri ilə mübarizə və idmançı, vəzifəli şəxslər və KİV nümayəndələrinin ictimai yerlərə daxil olan zaman daha tez hərəkət etmələri üçün tətbiq olunacaq. İlkin qiymətləndirməyə görə, 400 minədək insanı emal edə biləcək sistem Olimpiya oyunları tarixində tətbiq edilən ən böyük sifətin tanınması sistemi olacaq.

“Google Pixel C” planşeti satışdan çıxarılıb

4 Yanvar 2018 19:37

“Google” şirkəti “Google Pixel C” hibrid planşet kompüterinin satışını dayandırıb. Artıq qurğu “Google Store” onlayn mağazasında satışdan çıxarılıb.  

Abortun dəhşətli riskləri və acı nəticələri...

4 Yanvar 2018 19:32

Abort hamiləliyin öz istəyiniz, ya tibbi tələblə bağlı xüsusi üsullarla sonlandırılmasıdır. Abort dərman şəklində də tətbiq edilə bilər.

Smartfonlarda akkumulyator şarjının sürətli azalmasının səbəbləri məlum olub

4 Yanvar 2018 19:26

Texnologiya və qurğular sahəsində ekspertlər smartfonlara qurulmuş akkumulyator şarjının çox sürətli azalması ilə bağlı 6 əsas səbəb müəyyənləşdiriblər. Reytinq “AKKet.com” portalı tərəfindən tərtib edilib.

“Kinect” kontrollerinin satışı dayandırılıb

4 Yanvar 2018 19:20

“Microsoft” korporasiyası “Kinect” kontrollerindən tam imtina etməklə bağlı qərar qəbul edib. Ötən ilin oktyabrında “Xbox One” konsolu üçün sensorların istehsalını dayandıran korporasiya bu dəfə qurğunun satışından imtina edib.  

Alimlərdən kişilərə xəbərdarlıq: Gec evlənmək təhküləlidir....

4 Yanvar 2018 19:14

Alimlər gec yaşlarda ata olanların uşaqlarında şizofreniya və autizm olma ehtimalı, gənc yaşda ata olanlara nisbətən çox olduğunu bildirib. Belə ki, alimlər həmin səbələrdən tez və vaxtında evlənib, uşaq sahibi olmağı təklif edir.

Maraqlı İDDİA: Yerişini dəyişməklə xoşbəxt olmaq olar

4 Yanvar 2018 19:09

Kanadanın perspektiv tədqiqatlar universitetinin alimləri maraqlı nəticəyə gəliblər. Onların apardıqları yeni tədqiqata görə, yerişi dəyişməklə əhvalı qaldırmaq və daha xoşbəxt olmaq olar. Əvvəlki tədqiqatlarda müəyyən edilib ki, depressiyadan əziyyət çəkən insanlar xoşbəxt olanlardan fərqli hərəkət edirlər.

İş yerində bitkilər nəyə yararlıdır?

4 Yanvar 2018 19:04

Dibçəkdəki bitkilər diqqəti cəmləşdirməyə yardımçı olur, ofisdə əməyin məhsuldarlığını 15% artırır. “Yaşıllıq” içində işləyənlər öz həyatlarından daha çox razıdırlar. Rusiya mətbuatı yazır ki, bunu Kardiff Universitetinin alimləri deyirlər. Alimlər Böyük Britaniya və Hollandiyada iki ofisdə araşdırma aparıblar. Araşdırma başlandıqdan üç ay sonra bitkilər qoyulmuş ofisdə əməyin məhsuldarlığı 15% artıb.

Karrasko "Qalatasaray"a lazım olmadı

4 Yanvar 2018 19:00

Ötən yay "Qalatasaray"a transfer olunan Sedrik Karrasko yenidən Fransa Liqasına qayıtmaq istəyir. Baş məşqçi Fatih Terimin planlarına daxil olmayan 36 yaşlı qolkiperin agenti bəzi Liqa 1 klubları ilə danışıqlar aparır.