Karrasko "Qalatasaray"a lazım olmadı

Ötən yay "Qalatasaray"a transfer olunan Sedrik Karrasko yenidən Fransa Liqasına qayıtmaq istəyir. Baş məşqçi Fatih Terimin planlarına daxil olmayan 36 yaşlı qolkiperin agenti bəzi Liqa 1 klubları ilə danışıqlar aparır.

Uzun müddət "Bordo"da kapitan olduqdan sonra 2017-ci ilin yayında "sarı qırmızılar"la 1 illik müqavilə imzalayan Karrasko komandanın 3-cü qapıçısı statusuna enib. Təcrübəli əlcək ustası yalnız Türkiyə Kubokunda "Sivas Bələdiyə" ilə oyunda meydana çıxmşdı. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31