Ortopedik əməliyyatlar keçirməyə kömək edən robot cərrah təqdim edilib

Cari ilin ilk günü Hefey şəhərində ortopedik robot cərrahın iştirakı ilə ilk  əməliyyat keçirilib. Çində hazırlanmış və "Tyanszi" adlandırılmış bu robot mexaniki manipulyator, optik izləmə sistemi və idarəetmə paneli ilə təchiz edilib.

Cari ilin ilk günü Hefey şəhərində ortopedik robot cərrahın iştirakı ilə ilk  əməliyyat keçirilib. Çində hazırlanmış və "Tyanszi" adlandırılmış bu robot mexaniki manipulyator, optik izləmə sistemi və idarəetmə paneli ilə təchiz edilib. Sözügedən robotun köməyi ilə çanaq sümükləri və əl-ayaq sınıqları zamanı ortopedik əməliyyatlar keçirmək, həmçinin boyun, döş, bel və sağrı daxil olmaqla onurğada əməliyyatlar aparmaq mümkündür. 
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31