Bayram günlərində dəmir yolu nəqliyyatı ilə 16404 sərnişin daşınıb

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Yeni təqvim ili ərəfəsində, istirahət günlərində,  gucləndirilmiş iş rejimində çalışıb. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sərnişin daşımaları Departamentindən verilən məlumatda bildirilir ki, bayram günləırində sərnişin sıxlığını qismən də olsa azaltmaq üçünü  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Yeni təqvim ili ərəfəsində, istirahət günlərində,  gucləndirilmiş iş rejimində çalışıb. "OLAYLAR"-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sərnişin daşımaları Departamentindən verilən məlumatda bildirilir ki, bayram günləırində sərnişin sıxlığını qismən də olsa azaltmaq üçünü  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilib.

Bayram günlərində yerli  istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37  nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulmuşdur.

Qeyd edək ki, bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında cəmi 16404 nəfər sərnişin daşınmışdır. Bu da adi iş günlərində daşınan normadan iki dəfə çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31