Gündəm
İmtahanın nəticələri Təhsil Nazirliyinə təqdim olunacaq
“Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində yerləşən 98 məktəbin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanları təşkil edib. Kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib. Şagirdlər ingilis dilində səsləndirilən mətni dinlədikdən sonra müvafiq suallara yazılı şəkildə cavab veriblər”.
Tanınmış futbol məşqçisi xəstəxanaya yerləşdirilib
Tanınmış futbol məşqçisi Andre Villaş-Boaş iştirak etdiyi "Dakar” rallisində qəzaya düşüb. "Overdrayv” komandasının üzvü olan 41 yaşlı portuqaliyalı mütəxəssis ralli-marafonunun IV mərhələsində xoşagəlməz halla üzləşib. Onun idarə etdiyi “Toyota” təyin edilmiş məsafənin 165 metrliyində qumda qalıb. Avtomobil və ekipaj üzvləri helikopterin köməyi ilə evakuasiya olunublar. Villaş-Boaş kürək nahiyəsində ağrılar olduğu üçün xəstəxanaya yerləşirilsə də, həyatı üçün təhlükə yoxdur.
Rusiya verilişlərinin yayımı qadağan edildi
Moldova parlamentinin sədri Andrian Kandu ölkə Prezidenti İqor Dodonun əvəzinə Televiziya və Radio Məcəlləsinə dəyişikliklər edilməsi barədə respublikada Rusiyanın xəbər və informasiya-analitik verilişlərinin yayımını qadağan edən qanunu təsdiqləyib.
Zərif Moskvaya getdi - Nüvə sazişi
İranın Xarici İşlər naziri Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Moskvaya rəsmi səfər edib. Bu barədə XİN sözçüsü Bəhram Qasımi danışıb.
Xaçmazda 3 otaqlı ev yanıb
Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Niyazoba kəndində ümumi sahəsi 85 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 15 kv.m və dam örtüyü 30 kv.m sahədə yanıb.
Türkiyə Hərbi Dəniz Qüvvələrindən rusiyalı həmkarına DƏSTƏK
Türkiyə Çanaqqala Boğazından Aralıq Dənizi istiqamətində hərəkət edən Rusiyaya məxsus hərbi maddi-texniki təchizat gəmisində yer alan heyyət üzvlərindən birinin səhhətində problem yaranıb.
Vaşinqtonun bu addımları qəbuledilməzdir
Vaşinqtonun qarşıdan gələn seçkilər barədə Rusiya hökumətinə göstərdiyi təzyiq əsassız və qəbuledilməzdir. Bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi məlumat yayıb. Səfirlik həmçinin rəsmi Vaşinqtonun seçkilər zamanı ABŞ ərazisində olan Rusiya vətəndaşlarının səsvermə hüquqlarının həyata keçirilməsinə əngəl törədilməyəcəyinə ümid etdiyini bildirib.
"Həyat yoldaşımdan ayrıldığıma peşman deyiləm"
Bu gün "Səhər-Səhər" verilişinin qonağı müğənni Xatun olub. Aparıcısı Elgiz Əkbərin olduğu verilişdə xanım ifaçı uğursuz alınan evliliyindən danışıb.
Yaroslav vağzalında bomba təhdidi
Moskvanın Yaroslav vağzalında bomba qoyulması barədə anonim zəng daxil olub. Hazırda kinoloqlar vağzalda partlayış təhdidi ilə bağlı yoxlama aparırlar. Yoxlama zamanı təxliyə işlərinin aparılıb-aparılmayacağı hələ bildirilmir.
Seda Sayana mesaj: “Səni gəldiyin yerə göndərərəm”
Seda Sayanın həmkarı Gülbən Ergeni verilişinə dəvət etməyi qalmaqala səbəb olub. Gülbeni evli kişilərlə sevgili olmaqda günahlandıran Yeşim Salkım Sedanın Ergeni təriflədiyinə görə ona mesaj ünvanlayıb: “Kadırqalısan, madırqalısan bilmirəm, mən də Arnavut qızıyam. Səni gəldiyin yerə göndərərəm”.
Daxili orqanında narkotik vasitə keçirmək istədi
Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Mərkəzi Neftçilər Xəstəxanası pulsuz müayinə keçirəcək
Mərkəzi Neftçilər Xəstəxanasının tanınmış mütəxəssisləri həftənin iki günü Azərbaycan vətəndaşlarını pulsuz müayinə edəcəklər.
Xaçmazda yeni avtomobil yolu inşa edilir
Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən dərhal təmir-tikinti işlərinə start verilib.
Məleykə Abbaszadə: “İmtahanların vaxtı gələn həftə elan ediləcək”
"Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub”. Bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
İntiharlar niyə artıb? – Ekspert danışır
İntiharların səbəbi kimi depressiyanın payı çoxdur, təxminən, 80 faiz. Bu cür depressiv əhvalı isə dost-tanış arasında sosial şəbəkələrdə tez-tez, demək olar, hər gün xəstəlik, ölümlə bağlı status paylaşanlar yaradır.














