Mərkəzi Neftçilər Xəstəxanası pulsuz müayinə keçirəcək

Mərkəzi Neftçilər Xəstəxanasının tanınmış mütəxəssisləri həftənin iki günü Azərbaycan vətəndaşlarını pulsuz müayinə edəcəklər.

Mərkəzi Neftçilər Xəstəxanasının tanınmış mütəxəssisləri həftənin iki günü Azərbaycan vətəndaşlarını pulsuz müayinə edəcəklər. Bu barədə Səhiyyə Nazirliyindən verilən xəbərə görə, xəstəxananın ginekologiya, endokrinologiya, revmotologiya, urologiya və USM xidmətləri üzrə hər həftənin 3-6-cı günləri səhər saat 09:30-dan-15:00-a kimi vətəndaşların pulsuz müayinələri həyata keçiriləcək. Bütün vətəndaşlar bu müayinədən yararlana bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31