Gürcüstan Prezidenti 232 nəfəri əfv edib
11:38 DünyaGürcüstan Prezidenti Mixeil Kavelaşvili noyabrın 23-də qeyd olunan Müqəddəs Georgi Günü - Giorqoba bayramı münasibətilə 232 nəfəri əfv edib.
Əfv olunanlardan 216-sı həbs cəzası çəkən, 16-sı isə şərti məhkum edilmiş şəxslərdir.
Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin məlumatına görə, əfv olunan məhkumlar noyabrın 23-ü səhər saatlarından cəzaçəkmə müəssisələrini tərk etməyə başlayacaqlar.
Prezident Administrasiyası bildirib ki, əfv hüququnun tətbiqi "humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır". Rəsmi açıqlamada əfv olunanların adları göstərilməyib.
Əfv olunanlar arasında 2024-cü ilin noyabr-dekabr aylarında keçirilən etiraz aksiyalarından sonra məhkum edilmiş fəallar Giorgi Mindadze və Anri Kvaratsxeliya da var. Mindadze polis əməkdaşına hücum ittihamı ilə 5 il, Kvaratsxeliya isə eyni maddə üzrə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.