ABŞ ordusu məhkəmə qərarına baxmayaraq zəhərli maddələri partlatmaq istəyir- ÖZƏL

ABŞ ordusu məhkəmə qərarına və ekoloji fəalların etirazlarına baxmayaraq, Ayova ştatında tonlarla təhlükəli maddəni nəzarətli partlayışla məhv etməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki,  Associated Press-in məlumatına görə, Middletown şəhərindəki hərbi zavodda bir neçə ton qurğuşun azidinin utilizasiyası nəzərdə tutulur. Hərbçilər əməliyyatın ətraf mühitə təsirini minimuma endirmək üçün tədbirlər görüləcəyini bildirirlər.
Qeyd edək ki, məhv etmə əməliyyatının noyabrın 20-də keçirilməsi planlaşdırılsa da, məhkəmə ekoloji fəalların müraciətini təmin edərək ordudan prosesi dayandırmağı tələb edib. Fəallar partlayış nəticəsində zəhərli maddələrin ətraf mühitə yayıla biləcəyindən narahatdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00