Tanınmış futbol məşqçisi xəstəxanaya yerləşdirilib

Tanınmış futbol məşqçisi Andre Villaş-Boaş iştirak etdiyi "Dakar” rallisində qəzaya düşüb.  "Overdrayv” komandasının üzvü olan 41 yaşlı portuqaliyalı mütəxəssis ralli-marafonunun IV mərhələsində xoşagəlməz halla üzləşib. Onun idarə etdiyi “Toyota” təyin edilmiş məsafənin 165 metrliyində qumda qalıb. Avtomobil və ekipaj üzvləri helikopterin köməyi ilə evakuasiya olunublar. Villaş-Boaş kürək nahiyəsində ağrılar olduğu üçün xəstəxanaya yerləşirilsə də, həyatı üçün təhlükə yoxdur.

Tanınmış futbol məşqçisi Andre Villaş-Boaş iştirak etdiyi "Dakar" rallisində qəzaya düşüb.  "Overdrayv" komandasının üzvü olan 41 yaşlı portuqaliyalı mütəxəssis ralli-marafonunun IV mərhələsində xoşagəlməz halla üzləşib. Onun idarə etdiyi "Toyota" təyin edilmiş məsafənin 165 metrliyində qumda qalıb. Avtomobil və ekipaj üzvləri helikopterin köməyi ilə evakuasiya olunublar. Villaş-Boaş kürək nahiyəsində ağrılar olduğu üçün xəstəxanaya yerləşirilsə də, həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, Andre Villaş-Boaş karyerası ərzində Portuqaliyanın "Portu", Rusiyanın "Zenit", İngiltərənin "Çelsi" və "Tottenhem" komandalarının baş məşqçisi olub. Bir müddət əvvəl Çinin "Şanxay Şanqan" klubundan ayrılan mütəxəssis hazırda işsizdir. "Report" "Record"a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31