Gündəm

Bu ölkədə şəriət qanunları DƏYİŞDİRİLDİ

10 Yanvar 2018 13:27

Yunanıstan Parlamenti ölkədə yaşayan müsəlmanlar arasında şəriət qanunlarının məhdudlaşdırılması barədə qanun layihəsini qəbul edib. Yeni qanuna əsasən, məişət məsələləri ilə bağlı müsəlmanlar müftiyə yox, məhkəməyə müraciət edə biləcəklər.

Qadın jurnalistlə bağlı müəmmalı olay

10 Yanvar 2018 13:25

Amerikanın bir media qurumunda idman jurnalisti kimi işləyən Kortni Roland adlı qadın şübhəli şəkildə itkin düşdükdən 3 gün sonra tapılıb. Jurnalist bir restoranın avtoparkında polislər tərəfindən aşkar edilib.

Xəstə olduğu deyilən Sarkisyan gizli şəkildə Moskvaya NİYƏ GEDİB?

10 Yanvar 2018 13:24

Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanın bir neçə günlük yoxa çıxması şübhəli suallar yaradıb. Karapetyan 2018-ci ilin ilk iş günündə məzuniyyət götürüb. Sarkisyan isə milad bayramı münasibətlərilə keçirilən kilsə mərasimlərinə qatılmayıb. Ermənistan mediası Sarkisyanın xəstələndiyi və xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayıb. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə Sarkisyanın sadəcə soyuqladığını, lakin xəstəxanaya yerləşdirilmədiyini açıqlayıb.

"İctimai yerdə, qadının yanında siqaret çəkmək tərbiyəsizlikdir" - Hadi Rəcəbli

10 Yanvar 2018 13:22

İlk növbədə deyim ki, bu qanun artıq 2 ildir, komitədə və parlamentin kluarlarında müzakirə olunurdu. Qanunun üzərində isə 10 il əvvəldən işləməyə başlamışıq. İctimai rəyi öyrənirdik, qurumlarla işləyirdik və s. Qanunu tətbiqi ilə bağlı nə etmək lazımdır? Bu məsələdə maarifləndirmə ilk yerdə gəlir.

Allahşükür Paşazadə: “Azərbaycan dini həmrəylik mühitinin təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayır”

10 Yanvar 2018 13:20

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yanvarın 9-da Milad bayramı münasibətilə təşkil etdiyi qəbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, bildirib ki, Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayırlar.

Azərbaycanın bir addımlığı Xirosimaya çevriləcək?

10 Yanvar 2018 13:17

Amerika hakimiyyəti nüvə silahından istifadə ilə bağlı məhdudiyyətləri zəiflətmək və yeni, gücü daha az olan nüvə döyüş başlığı hazırlamaq niyyətindədir. Bu haqda silahlara nəzarət və onların yayılmaması üzrə Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Con Vulfstalaya istinadən “Qardiyan” nəşri bildirib. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) nüvə siyasətinin yeni doktrinasını hazırlayıb. Doktrinaya əsasən “Trident D5” ballistik raketləri belə döyüş başlıqları ilə təchiz ediləcək. Con Vulfstala vurğulayıb ki, ABŞ belə hərəkətlərlə Şərqi Avropada yaranacaq konfliktlər zamanı Rusiyanın taktiki döyüş başlıqlarından istifadəsinə maneə yaratmağı planlaşırır.

Xanımların makiyajdan əvvəl və sonrakı FOTOLARI

10 Yanvar 2018 13:16

Tanınmış stilist Anar Ağakişiyevin etdiyi makiyajlar hər kəsi təəccübləndirib. Azərbaycanlı make-up artistinin xüsusilə problemli dərisi olan xanımlara etdiyi makiyajlar dünyaya səs salıb. Stilist dəridə olan qüsurları çox məharətlə örtərək istənilən yaşda qadınları gözəlləşdirir və onları bir neçə yaş cavanlaşdırır.

Azərbaycanın tanınmış aktyoru ölüm ayağında - VİDEO

10 Yanvar 2018 13:14

Tanınmış aktyor Fikrət Məmmədovun səhhətində ciddi problem yaranıb.  Hepatit C virusuna yoluxan aktyor bir müddətdir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə olunur. Ancaq maddi durumu imkan vermədiyindən Məmmədov lazımi dərmanları ala bilmir. Həmkarlarının bildirdiyinə görə, bir müddət də belə davam edərsə, onu itirə bilərik. 

Etirazçılar həbsxanaya hücum edəcəklərini bildiriblər

10 Yanvar 2018 13:12

Ötən günTehranın məhşur  Evin həbsxanası qarşısında minlərlə insanın iştirakı ilə  kütləvi etiraz aksiyası baş verib. Həbsxana önünə toplaşan insanlar son günlərdə ölkədə baş verən etiraz aksiyaları zamanı  həbs olunanların azad edilməsini tələb ediblər. Onlar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə, həbsxanaya hücum edərək ələ keçirəcəklərini açıqlayıblar.

Hindli qız "anti-təcavüz" alt paltarı hazırladı - FOTOLAR

10 Yanvar 2018 13:06

Hindistanın Uttar Pradesh ştatının Farukabad şəhərində yaşayan yoxsul ailənin qızı Seenu Kumari icad etdiyi  "anti-tecavüz" alt paltarı dizaynı ilə Hindistanın gündəmini zəbt etdi. 

Mikayıl Cabbarov Əli Abbasovun imperiyasını çökdürdü - Şirkətini bağladı

10 Yanvar 2018 13:05

Məşhur MTN olaylarından sonra işini itirmiş keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovdan xəbər var. Bir zamanlar ölkənin internetlə təminatının böyük hissəsini həyata keçirən və keçmişdə müxtəlif yollarla (G və transmissiya əməliyyatları, mobil operatorlarla işbirliyi, saytlara nəzarət, sayt yerlərinin sökülməsi, stansiyaların yerlərinə görə, çoxillik şişirdilmiş icarə müqavilələri, FİX generatorların təmiri, fiberoptik materialların ucuz qiymətə qara bazardan əldə edilməsi) pul qazanan DELTAKOM MMC-nin sabiq nazirin oğluna məxsus olduğu iddia edilir.

“Yeni ili keçirsəydik, vicdansızlıq olardı...” - Nazir müavinləri dağlarda - VİDEO

10 Yanvar 2018 13:02

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı mediatur təşkil edib.  Qubada Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərliyi ilə alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda mətbuat konfransı keçirilib. Jurnalistlərə axtarışların gedişatı ilə bağlı məlumat verilib. Faiq Tağızadə axtarışla bağlı FHN rəhbəri Kəmaləddin Heydərovun mövqeyini də açıqlayıb: "Bu gün cənab nazir tərəfindən tapşırıq birmənalıdır! Onlar tapılana kimi axtarışlar davam edəcək".

Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi

10 Yanvar 2018 12:49

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Qardaş  bacısına təcavüz etdi 

10 Yanvar 2018 12:47

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə sığınan öz qardaşı tərəfindən zorlanmaya məruz qalan Nigar Məmmədova (Ad şərtidir) ilə söhbət etdik. Layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir.

Yeni nazirlərin təyinatı Azərbaycanla münasibətlərə təsir edəcəkmi?

10 Yanvar 2018 12:43

Polşa hökumətində 9 yeni nazirin təyin edilməsinin Azərbaycanla Polşa arasında yüksək səviyyəli əlaqələrə təsir edəcəyini düşünmürəm. Bunu  Milli Məclisin deputatı, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.