Gündəm
İranda baş verən hadisələrdə erməni barmağı
2017-ci ilin son günlərindən-dekabrın 28-dən İranın müxtəlif şəhərlərini bürüyən etiraz nümayişlərinin baş vermə səbəbləri haqqında politoloq və konfliktoloqlar arasında müxtəlif versiyalar irəli sürülməktədir: xalqın sosial vəziyyətinin acınacaqlı olması, İrandakı müxtəlif qruplar arsında baş verən hərc-mərcliyin əks-sədası, Amerika-İsrail-Səudiyyə Ərəbistanı (A-İ-S) triosunun İrana qarşı həyata keçirdikləri təxribatlar, Prezident Ruhaninin seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməməsi və sair.
Kimlər sığorta ödənişini almaq hüququna malik olacaqlar?
Ölkə parlamenti bir müddət öncə "İşsizlikdən sığorta haqqında” yeni qanun qəbul edib. Qanunda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. Qanuna əsasən sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq.
İntiharların qarşısını niyə almaq mümkün olmur?
Müasir dövrümüzdə bəşəriyyəti ən çox narahat edən problemlərdən biri də intihar hadisələridir. Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intihar əsri” adlandırması heç də təsadüfi deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2014-ci ilə aid məlumatlarına görə, hər il dünyada 900 minə yaxın insan öz həyatına qəsd edir, yəni, hər 100 min nəfərdən 11.4 nəfəri intihar edir.
Ermənistanda keçmiş merin oğlu ilə deputatın qardaşı dalaşıb
Ermənistanda Vanadzorun keçmiş meri Samvel Darbinyanın oğlu - 28 yaşlı Arqişti Darbinyan ilə Ermənistan parlamentinin deputatı Edmon Marukyanın qardaşı - 43 yaşlı Krist Manaryan arasında dava düşüb.
Bakıya ilk qarın yağdığı TARİXLƏR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son 20 il ərzində Bakıya ilk qarın yağdığı tarixləri açıqlayıb. ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, son 20 il ərzində Azərbaycanda qar ən tez 2015-ci ilin 4-5 oktyabrında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərinə yağıb. Bakı və Abşeron yarımadasına isə ən tez qar (sulu qar) 2011-ci ilin noyabrın 7-də, daha sonra noyabrın 24 və 25-də yağıb.
“Bu gün heç bir xarici dairə radikal müxalifətlə maraqlanmır”
Məlum olduğu kimi bu il həm də seçki ilidir. Son Konstitusiya dəyişikliyindən sonra keçirilən ilk prezident seçkilərinin nəticəsinə əsasən ölkənin bir nömrəli postuna seçiləcək şəxs əvvəllər olduğu kimi 5 il deyil, 7 il idarə edəcək. Artıq qeyri-rəsmi olsa da, iqtidar düşərgəsində seçki hazırlıqlarına start verilib. Və hakim Yeni Azərbaycan Partiyasında bu istiqamətdə müəyyən işlər görülür. Bəs görəsən, müxalifət düşərgəsində vəziyyət necədir? Müxalifət partiyaları prezident seçkilərinə necə hazırlaşır? Bu və digər suallarla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik.
“Nə ixtiyarı var ki, deyir mən sənətkaram” - Xalq artisti Aygün Bəyləri yıxıb-sürüdü - VİDEO
ARB TV-nin "Sayqa ilə Bu axşam" proqramının növbəti qonağı xalq artisti Ceyran Haşımova olub. Xalq artisti Aygün Bəylərin özünə sənətkar deməsini pisləyib. Həmçinin Röya Ayxanın Aygünü məhkəməyə verməsinə də münasibət bildirib: "O zamanlar yatsaq, yuxumuza da girməzdi ki, kimsə kimisə məhkəməyə versinlər.
Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı Tədbirlər Planı hazırlanıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatlandırma və təbliğat işlərinin aparılmasına dair 2018-ci il üçün Tədbirlər Planı təsdiq edilib.
Azərbaycanın strateji nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində daha bir addım
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. Kompleksdə görülən işlərlə tanış olan dövlət başçısı terminalın açılışını edib.
Bill Qeyts sərvətini hara xərcləyəcəyini açıqladı
“Maykrasoft” şirkətinin sahibi, milyarder Bill Qeyts yeni hədəfini açıqlayıb. Bu barədə milyarder “CP Morqan Helsikeyı” beynəlxalq konfransında danışıb.
Qadını zorlayıb öldürən dostlara 39 illik HƏBS TƏLƏBİ
Bakıda qadını öldürməkdə təqsirləndirilən Dmitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror Samir Zeynukovun 20 il, Dmitriy Razumniyanın isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bəzi ərazilərdə yaşıllıq sahəsinin azaldılmasına icazə veriləcək
Yarımsəhra zonasında ümumi istifadədə olan yaşıllıq ərazilərinin sahəsi 20-30 faiz azaldıla, çöl və meşə-çöl zonasında isə 10-20 faiz artırıla bilər. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları"nda öz əksini tapıb.
Qalmaqala Lalə də qoşuldu: "İradə düz deyir"
Əməkdar artist Lalə Məmmədova İradə İbrahimova ilə Röya Ayxan arasındakı qalmaqala münasibət bildirib. İradə "Röya Türkiyədə ulduz olmayacaq" sözləri qarşı tərəfi əsəbiləşdirmişdi. L.Məmmədova İ.İbrahimovanın dediyi ilə beşəlli razı olduğunu söyləyib: "Yazıq qız nə dedi? Düz dedi da.
Hava soyuq olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir.
Rusiyada daha bir erməni təxribatı
Rusiyanın Sankt-Peterburq şəhərində 2015-ci ildə çap edilən "Dünya ölkələri" ensiklopediyasına Qondarma "Dağlıq Qarabağ Respublikası" da daxil edilib. Erməniyönümlü ensiklopediyada Xankəndi əhalisinin sayı 53 mindən, qondarma "DQR"-in əhalisi isə 146 mindən çox göstərilib.














