Gündəm
“Apple” mağazasında yanğın - İnsanlar təxliyə edilib
İsveçrənin Sürix şəhərində “Apple” mağazasından 50-ə yaxın şəxs təxliyə olunub. Məlumata görə, buna mağazada telefonlardan birinin batareyasının alovlanması səbəb olub.
Regionların sosial-iqtisadi inkişafı dağ rayonlarının simasını tamamilə dəyişdirib
Yardımlı yayonunda sosial proqramların reallaşdırılmasına xüsusi diqqət yetirilir Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində təkcə mərkəzi rayonlar deyil, eləcə də dağ rayonlarının siması tamamilə dəyişib. Hətta bir sıra rayonlar statusunu dəyişərək şəhərə çevrilib. Artıq şəhər statusu almış Yardımlı rayonunun da sosial-iqtisadi nkişafı uğurlu olub. Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Yardımlı rayonu da bir sıra uğurlara imza atıb.
Kamerun yığmasının sabiq üzvü “Keşlə”yə baxışa gəlib
Çempionatın ikinci yarısına hazırlığı davam etdirən “Keşlə”nin düşərgəsinə daha bir futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, baxışa dəvət olunan kamerunlu yarımmüdafiəçi Herve Tçami artıq ölkəmizdədi.
"Bütün faktlar təsdiq edir ki, 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı"
Bütün faktlar təsdiq edir ki, Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib.
Böyrəklər üçün 100 min ödəməyə hazırdırlar
“2008-ci ilin noyabrında Yilmaz Altun adında Türkiyə vətəndaşı Priştina (Kosova) aeroportunda huşunu itirərək döşəməyə yıxılır. 23 yaşlı kişi evə getmək üçün reys gözləyirdi. Özünü olduqca pis hiss edən gənc adamı yoxlayan Kosovo həkimləri onun qarnında yeni açılmış yaranın izlərini aşkar edirlər. Daha sonra Yılmaz Altunun sol böyrəyinin olmadığı aşkar edilir”.
Seçkilərdə qələbə qazansa, məscidləri yandıracaq - GÖRÜNMƏMİŞ VƏD
Son illər Avropada keçirilən seçkilər ərəfəsində irqçilik, ksenofobiya və islamofobiyanın artması müşahidə olunur. Bu meyllər Niderlandda daha qabarıq şəkildə özünü göstərir. Niderlandın İfrat sağçı, irqçi və şovinist Azadlıq Partiyası ənənəsinə sadiq qalaraq martın 21-də keçiriləcək seçkilərə islam əleyhinə vədlərlə gedir.
Azərbaycanda 9 şirkət nazirliyin departamentini məhkəməyə verdi
Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyiyanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib. "Naviqator Mobil Servises", "Retail Solutions", "Azəri-Türk LTD", "Azerbaijan Steel Supply", "Transport-Servis LTD", "Effekt-M", "Nicat-Nəzrin", "Kraun" MMC-lər və “Azəraqrartikinti" ASC-nin "Aqrartikintiservis" firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.
Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkana çevrilib
Dünyanın, eləcə də bölgənin təhlükəsizliyinə böyük töhvə verən Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkana çevrilməkdədir. Artıq dünyanın təhlükəsizlik problemini həll edə biləcək məsələlər Azərbaycan paytaxtında masa üzərinə qoyulmaqdadır. Məlumat üçün qeyd edək ki, nüfuzlu "BuzzFeed" portalı NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda görüşün keçiriləcəyini yazıb. Bəs, generalların Bakı görüşünün əhəmiyyəti nədən ibarətdir və niyə generallar görüş üçün məhz Azərbaycan paytaxtını seçiblər?
Ermənistanın beynəlxalq aləmdə mövqeləri zəifləyir
Siyasi İnnovasiyalar və Texnonogiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Ötən il dünyada və yerləşdiyimiz coğrafiyada bir sıra mühüm hadisələrin baş verdiyini diqqətə çatdıran SİTM rəhbəri əsas diqqəti Ermənistana yönəldib. Keçən il də İrəvanın əvvəlki illərdə olduğu kimi diplomatiya sahəsində müstəqil siyasət həyata keçirə bilmədiyini deyən Mübariz Əhmədoğlu bildirib ki, Ermənistan yenə də Rusiyanın for-postu olduğunu bir daha ortaya qoyub: “2017–ci il Ermənistan üçün Rusiya Federasiyasının daha çox təsiri altına düşməsi, süni “uğur yaratma” kampaniyası, Ağdərə faktorunun yaranması ilə xarakterizə olunur.
Qardaş taksi sürücüsünə boşanmış bacısını təklif etdi - Bakıda ŞOK OLAY
Ötən gün 30 illik həyat yoldaşına xəyanət edən 63 yaşlı taksi sürücüsü Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib. Cəmil adlı taksi sürücüsünün başına gələnlər hər kəsi təəccübləndirib. O, özündən 20 yaş kiçik qadın tərəfindən aldadıldığını və bunun nəticəsində də uşağının dünyaya gəldiyini söyləyib. 63 yaşı kişi həmin qadın tərəfindən internat evinə verilən oğlunun axtarışına çıxdığını bildirib.
Ərəb turistin 3 qadınla ölməsi xəbəri haqda AÇIQLAMA
"Ariva" hoteli yanvarın 8-də Bakıda ərəb turistin otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib. Hoteldən bildirilib ki, insident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb. Ekspertiza nəticəsində ərəb turistin ürək çatışmazlığından vəfat etdiyi qeyd edilib. Həmçinin, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub.
IX – XVII əsr Azərbaycan silahlarına aid yeni kitab
AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycan hərb tarixinə dair yeni kitab çap edilib. Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədovun müəllifi olduğu kitab “Azərbaycan silahları IX-XVII əsrlərdə: təkamül və inkişaf” adlanır. 538 səhifədən ibarət kitab Azərbaycan hərb tarixinin az məlum olan məqamına - IX – XVII əsr Azərbaycan silahlarına həsr olunub.
Mehdi Hüseynin yaradıcılığına nəzər salarkən
XX əsr Azərbaycan ədəbiyyatının yüksəlməsində böyük rol oynamış görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçilərindən biri olan M.Hüseyn son nəfəsinə qədər ədəbi irsin inkişaf etməsində mühüm rol oynamışdır.
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək
11-15 aprel tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.
İsa Qəmbərin siyasi karyerasının ən zədəli dövrləri
Ənənəvi olaraq seçki ilində siyasi düşərgələrdə aktivlik artır, siyasi həyatda bir qaynama, canlanma müşahidə edilir. Hazırda da eyni prosesləri müşahidə etməkdəyik. Bir qayda olaraq müxalifət düşərgəsində bu “hərəkətlilik” özünü daha çox büruzə verir. Belə ki, bu düşərgəni təmsil edən siyasi partiya liderləri seçkilər zamanı bir vaxtlar müttəfiq olub, indi rəqibə çevrilən həmkarlarını gözdən və nüfuzdan salmaq üçün maksimum imkan və vasitələrdən istifadə edirlər. Hazırda Müsavatın sabiq başqanı İsa Qəmbərlə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev arasında gedən söz savaşı da qeyd etdiyimiz proseslərin tərkib hissəsidir. Məlumat üçün qeyd edək ki, hər iki siyasətçi bu il keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.














