Gündəm

Xırdalandan qaçırılan avtomobil Yasamalda saxlanıb

10 Yanvar 2018 15:43

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 9-na keçən gecə Xırdalan şəhərinin ərazisindən şəhər sakini Ehtiram Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Qanunsuz ağac kəsənlar barədə cinayət işi açılıb

10 Yanvar 2018 15:42

Paytaxt Bakı ərazisində Ağacları kəsməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, ötən il fevralın 23-də Xətai rayonunun Sarayevo küçəsində 6 ədəd, iyunun 9-da və 28-də isə Neapol küçəsində 32 ədəd şam və digər ağacların kəsilməsi faktları ilə əlaqədar Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan karateçiləri beynəlxalq turnirdə mübarizə aparacaq

10 Yanvar 2018 15:36

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalar 12-14 yanvar tarixlərində Samobor şəhərində 27-ci Xorvatiya Qran Prisi uğrunda nüfuzlu yarışda iştirak edəcək. “OLAYLAR”-ın xəbərinə görə, 14-15 yaşlı yeniyetmələr və 16-20 yaşlı gənclərin baş məşqçisi Anar Allahverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyev avropa çempionatı qabağı 29 idmançını sınaqdan keçirəcək.

Keçən il 56 yaşayış məntəqəsinə təbii qaz verilib

10 Yanvar 2018 15:33

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.

“The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb

10 Yanvar 2018 15:30

“The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb.“OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, məqalələrdə ölkəmizin görməli yerləri və turizm potensialı barədə ətraflı məlumat verilib.

SABAH tələbələri “Azercell”-in tələbə təqaüdünə layiq görülüblər

10 Yanvar 2018 15:29

Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində bu qruplarda təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, mükafatlandırılma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub. 

Növbəti “lipa” qalmaqalı

10 Yanvar 2018 15:27

Azərbaycan futbolunda növbəti "lipa"lar aşkar edilib.  AFFA İntizam Komitəsi Yüksək Qızlar Liqasında keçirilən iki matçda yaş limitini pozan komandaları sərt şəkildə cəzalandırıb. "Fidan" - "Gənclik" qarşılaşmasında hər iki komanda yaş limitini pozduğuna görə, onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.

Gürcüstanın müdafiə nazirini cərimələdilər

10 Yanvar 2018 15:25

Gürcüstanın Dövlət Xidməti Bürosu müdafiə naziri Levan İzoriyanı 1000 lari məbləğində cərimələyib. Buna səbəb nazirin əmlak bəyannaməsində aşkar olunmuş qeyri-dəqiq məlumatlar olub.

Pakistan ABŞ-la əməkdaşlığı dayandırdı

10 Yanvar 2018 15:23

Pakistanın müdafiə naziri Huram Dastgir Xan Vaşinqtonun İslamabada maliyyə yardımını dondurmaq qərarından sonra Pakistanın müdafiə və kəşfiyyat sahələrində ABŞ-la əməkdaşlığını dayandırdıqlarını bildirib.

Kürdə su qıtlığı: əkin sahələrini təhlükə gözləyirmi?

10 Yanvar 2018 15:21

Kür çayının suyu azalıb, getdikcə çayın yatağı daralır və quruyur. Kürün keçdiyi rayonlarda yaşayan sakinlər bu gedişatla yaz-yay aylarında kənd təsərrüfatı bitkilərinin suvarılmasında ciddi problemlərin yaranacağından narahatdırlar.

Putinin adamı Qarabağ PLANINI AÇDI: 2018-ci ildə 3 ölkə...

10 Yanvar 2018 15:18

“2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Lakin Rusiyada, Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçirilməsi münaqişənin nizama salınmasında sıçrayışa nail olunacağı ehtimalını azaldır. Çünki əsas diqqət seçkilərə yönələcək”.

İlham Əliyev başsağlığı verdi

10 Yanvar 2018 15:17

Prezident İlham Əliyev Gürcüstanın Azərbaycan Respublikasında ilk fövqəladə və səlahiyyətli səfiri Giorgi Çanturianın vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verib.

Şərq yenə coşdu: Tunisi etirazlar bürüdü

10 Yanvar 2018 15:15

Tunisin bir neçə şəhərində ölkədə qiymət artımına etiraz olaraq kütləvi aksiyalar keçirilib. Məlumata görə, aksiyalar zamanı etirazçılarla polis arasında qarşıdurma yaranıb. Məlumata görə, qarşıdurmalarda 50-yə yaxın polis xəsarət alıb.

Haykakan Jamanak: “Ermənistanın müdafiə naziri istefa verəcək”

10 Yanvar 2018 15:12

Prezident seçkilərindən sonra Ermənistanın hakim Respublikaçı partiyasının müdafiə nazirini dəyişdirəcəyi barədə fikirlər səsləndirilir.  Bu barədə “Haykakan Jamanak” qəzeti məlumat yayıb.

Qripdən hər il 650 min insan ölür

10 Yanvar 2018 15:11

Dünyada hər il mövsümi dəyişkənlikdən qaynaqlanan tənəffüs yollarının infeksiyası xəstəliklərindən təxminən 650 minə yaxın insan həlak olur.  Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytı məlumat yayıb.  Məlumatda qeyd olunub ki, inkişaf etməkdə olan ölkələrdə demək olar ki, 5 yaşdan kiçik olan uşaqların ölümlərinə səbəb alt tənəffüs yolunun infeksiyası qripi ilə əlaqədardır.