SABAH tələbələri “Azercell”-in tələbə təqaüdünə layiq görülüblər

Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində bu qruplarda təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, mükafatlandırılma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub. 

Təhsil Nazirliyinin SABAH qrupları və "Azercell Telekom" MMC arasında imzalanmış memorandum çərçivəsində bu qruplarda təhsil alan 9 tələbə "Azercell" Tələbə Təqaüdü Proqramının qalibi olub. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, mükafatlandırılma mərasimində "Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub. 

Təqaüdə layiq görülən tələbələr Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti Universitetivə Bakı Dövlət Universitetində təhsil alırlar. 

Proqramın məqsədi təhsildə müvəffəqiyyətlə qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Memorandum çərçivəsində 2017-ci ildə  SABAH qruplarının 7 tələbəsi "Azercell" şikətinin tələbə təqaüdünü qazanıb, 10 tələbə isə şirkətdə ixtisas təcrübəsi keçmək imkanı əldə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31