“The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb

“The Culture Trip” portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb.“OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, məqalələrdə ölkəmizin görməli yerləri və turizm potensialı barədə ətraflı məlumat verilib.

"The Culture Trip" portalı Azərbaycan haqqında silsilə məqalələr yayıb."OLAYLAR" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, məqalələrdə ölkəmizin görməli yerləri və turizm potensialı barədə ətraflı məlumat verilib.

Müəllif Sam Bedford təqdim etdiyi reportajlarında Azərbaycanın təbiəti, paytaxt Bakının simvolu olan Qız qalası, "Alov qüllələri" kompleksi, Atəşgah məbədi barədə ətraflı söz açır. O, Azərbaycanda turistlərin diqqətini cəlb edə biləcək kifayət qədər gözəl məkanların olduğunu vurğulayır.

"Azərbaycana gəlmək üçün 11 səbəb" adlı məqalədə Bakının tarixi yerləri, qədim tikililəri və müasir binaları haqqında məlumatlar yer alıb. Dünyanın böyük şəhərlərində təmizliyin problem olduğunu deyən müəllif Bakının indiyədək gördüyü ən təmiz şəhərlərdən biri olduğunu vurğulayır. Müəllif "Azərbaycanda turistlərə lazım olacaq 21 ifadə" yazısında ölkədə rus dilinin ikinci ən çox işlənən dil olduğunu bildirir. O, "salam", "bəli", "xeyr", "buyur", "sağ", "sol", "hələlik" də daxil olmaqla 21 ifadənin ingiliscə qarşılığını göstərərək səyahətə gələnlərin bu sözləri diqqətlə öyrənmələrini tövsiyə edir.

Sam Bedford, həmçinin Azərbaycan musiqisi barədə məlumat verir. "Azərbaycanın ən yaxşı pop musiqiləri" başlıqlı məqaləsində müəllif tanınmış estrada və pop ifaçılarına diqqət çəkir. 2011-ci ildə keçirilən "Avroviziya" mahnı müsabiqəsindən sonra Azərbaycanın daha çox məşhurlaşdığını bildirən müəllif muğamlarımıza və meyxana janrına da diqqət çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31