Gündəm

Pensiyaların artımı əhalinin sosial rifah halını yaxşılaşdıracaq

10 Yanvar 2018 16:26

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu Sərəncamına uyğun olaraq, yaxın vaxtlarda əmək pensiyalarının mövcud məbləğləri artırılacaq. Birmənalı olaraq deyə bilərik ki, bu ilk növbədə əhalinin, onun aztəmninatlı və pensiya alan hissəsinin soial rifahının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Elə iqtisadçılar da bu qənaətdədirlər.

Azər Həsrət: “Prezident hər zaman dəyərlərimizə sayqı ilə yanaşıb”

10 Yanvar 2018 16:17

“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi gözlənilən və çox sevindirici bir xəbər idi”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

Səs yazısı yayılan direktor: Elə-belə adam deyiləm - Video

10 Yanvar 2018 16:15

Mən elə-belə adam deyiləm. İlqar Əlfioğlunu tanıyırsınız yəqin, o mənim qrup yoldaşım olub. Dövlət məmuru işləmişəm. İxtisasım tərcüməçidir - fars dili və ədəbiyyatı müəllimi. İranda tərcüməçi işləmişəm. Müharibə veteranıyam, ehtiyatda olan kapitanam. Uzun müddət dövlət orqanlarında çalışmışam. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevin işçisi olmuşam.

DAA-nın daha iki ölkədə nümayəndəliyi təsis edildi

10 Yanvar 2018 16:11

Bu günlərdə Dünya Azərbaycanlıları Assambleyasının daha iki ölkədə nümayəndəliyi təsis edilib. Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bununla əlqədar DAA prezidenti Rəşad Quliyevin sərəncamı ilə yeni iki nümayəndəliyə rəhbər təyin edilib. Belə ki, Dünya Azərbaycanlıları Assambleyası Türkiyə nümayəndəliyinə rəhbər olaraq Aydan Özkurt Aliyeva, İtaliya nümayəndəliyinə isə rəhbər olaraq Bahar Yusifzadə təyin edilib. Həmçinin təşkilatın maliyyə məsələləri departamentinin rəhbəri Aydin Karaca təyin olunub. Yaxın vaxtlarda isə DAA-nın Amerika Birləşmiş Ştatları , Qətər, Küveyt, Çin təmsilçiliklərinin yaradılacağı gözlənilir.

“Türk Hava Yolları” daşınan sərnişinlərin ümumi sayını 74 milyona çatdıracaq

10 Yanvar 2018 16:09

“Türk Hava Yolları” aviaşirkəti 2017-ci ili uğurla başa vuraraq qarşısına cari il üzrə yeni hədəflər qoyur. “OLAYLAR”-a daxil olan məlumata görə, 2018-ci ildə “Türk Hava Yolları”nın xabı İstanbulun üçüncü aeroportu olacaq.

2018-ci ildə dünyanın məhvi ilə bağlı qorxunc iddialar: Gizli planet, zəlzələ, sunami və... - FOTOLAR

10 Yanvar 2018 16:06

Hər yeni ildə dünyanın sonu ilə bağlı alimlərin müxtəlif nəzəriyyələri olur. Bu il də hər il olduğu kimi, dünyanın sonunu gətirəcək yeni nəzəriyyələr ortaya çıxıb. Elm adamlarının fikirlərinə görə, 2018-ci ildə dünyanın sonunu gətirəcək 5 hadisə baş verə bilər.

Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü

10 Yanvar 2018 16:05

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında anomal soyuqlarla əlaqədar son sutka ərzində 40-dan çox sakin həlak olub. Son bir neçə gün ərzində ölkə ərazisi üçün rekord hesab olunan 8 dərəcəyədək şaxta hökm sürür.

Bir gecədə "Ayə, hareyə gedirsən"lə məşhurlaşan gəncdən ən son xəbər

10 Yanvar 2018 16:02

Bu gün ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişi maraqlı sürprizi ilə yadda qalıb. Elgiz Əkbərin aparıcısı olduğu veriliş girişi bir gecədə "Ayə, hareyə gedirsən"lə məşhurlaşan Vüsal Rzasoyun mini konsert proqramı ilə edib.

Azərbaycanda ağır qəza: 1 ölü, 1 yaralı - VİDEO

10 Yanvar 2018 16:00

Göyçay rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 15:00 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Britaniyada qızlara "qız" demək qadağan olundu

10 Yanvar 2018 15:56

Böyük Britaniyanın Mançester şəhərində "Oltringem" qızlar məktəbində rəhbərlik şagirdlərin qız adlandırılmasını qadağan edib.

"Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlət başçısı tərəfindən atılan çox uğurlu addımdır

10 Yanvar 2018 15:54

"2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır". Bunu  Milli Məclisin deputatı Musa Quliyev deyib. O bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm bir hadisə idi: "İlk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir. Təəssüflər olsun ki, Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, amma onun qoyduğu ənənələr əsrin sonunda Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi".

Qərb Krımı tanımağa hazırlaşır - Rusiya

10 Yanvar 2018 15:49

Qərbin bəzi dairələri Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması ssenarisini nəzərdən keçirməyə başlayıblar. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Krımdakı rəsmi nümayəndəsi Georgi Muradov söyləyib. Onun sözlərinə görə, bu qruplar Rusiya üzərində sanksiyaların götürülməsi məsələsini də diqqətdə saxlayırlar.

Çin Makrona belə təşəkkür etdi - 18 milyard dollar

10 Yanvar 2018 15:48

Çin “Airbus” (Eyrbas) təyyarələrinin alınması üçün 18 milyard dollardan çox pul sərf edəcək. Fransadan olan nümayəndələr “Airbus A320” təyyarələrinin 2019-2020-ci illərdə Çinə təslim ediləcəyini açıqlayıblar. Məlumata görə, 180-dən çox təyyarənin alınması ilə bağlı müqavilənin imzalanması prosesi tezliklə başa çatacaq.

“Toyota” və “Mersedes” toqquşub-ölən var

10 Yanvar 2018 15:45

Göyçay rayonunun Kürdəmiş kəndində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 9-da saat 15 radələrində Göyçay rayonunun Kürdəmiş kəndində rayon sakinləri Zahir Səbzəliyevin idarə etdiyi “Toyota” və Abbas Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Avtobus yolu keçən piyadanı vurub öldürüb

10 Yanvar 2018 15:44

Suraxanı rayonunun Bülbülə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 9-da saat 9 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Abuzər Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Fədiyar Camalovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.