Azərbaycanda ağır qəza: 1 ölü, 1 yaralı - VİDEO
Göyçay rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 15:00 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
10 Yanvar 2018 16:00 SosialGöyçay rayonunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün saat 15:00 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Kürdəmiş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobillərinin toqquşması nəticəsində Məlikkənd kənd sakini Abbas Əliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan bir nəfər sərnişin isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Sonxeber.az ARB TV-yə istinadən xəbər verir.