Gündəm

Hava şəraiti Qubada alpinistlərin axtarışlarını çətinləşdirdi

10 Yanvar 2018 17:28

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları çətinləşib.

Bu kadrlar Bakıda çəkildi - Bahalı avtomobildən düşüb dilənməyə başladı - VİDEO

10 Yanvar 2018 17:26

Paytaxtda çəkilən bu video görənlərin təəccübünə səbəb olur. Sosial şəbəkələrdə yayılan bu görüntülərdə "Lexus" markalı avtomobili idarə edən gənc qadının dilənmək üçün əlil arabasında olan bir kişini yolun kənarında düşürdüyü kadrları əks olunub.

Döyülən hakim icazə, vuran futbolçu vaxt istədi

10 Yanvar 2018 17:24

"İntizam Komitəsinin qərarı ilə tanış deyildim. İndi öyrəndim". Bu sözləri futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan "Baku Fans" klubunun üzvü Aqşin Ömərov deyib. Dekabrın 27-də ADBTİA ilə keçirilən matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan futbolçu meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevi yumruqla vuraraq, ona ciddi xəsarət yetirib.

Ərdoğan: "ABŞ-ın ədalətinə nə inanır, nə də hörmət edirəm"

10 Yanvar 2018 17:20

"Dövləti ədalət, təhlükəsizlik, sağlıq və təhsil prinsipləri ilə idarə etməyi əsas götürdük". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət Şurasının toplantısında bildirib.

Futbol tarixində BİR İLK

10 Yanvar 2018 17:18

“Liverpul”un ingilətərəli ulduzu Daniel Sturridge özünü İtaliyanın nəhəng klubu “İnter”ə təklif edib. Bu barədə “Tuttosport” nəşri məlumat yayıb. Məlumata görə, “Liverpul”da forma geyinmək şansı olmayan ulduz komandadan ayrılmaq istədiyini etiraf edib. Şərtlərini italiyalı kluba təqdim edən futbolçu transferrin başa çatması üçün gözləmə nöqtəsinə keçib. “İnter” isə bu təklifdən təəccüblənib və düşünmək üçün zaman istəyib.

52 yaşlı kişi 12 yaşlı uşaqla qeyri-təbii yolla əlaqəyə girdi, sonra...

10 Yanvar 2018 17:16

İsmayıllı rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 3 uşaq atası olan 1966-cı il təvəllüdlü Mehman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Müharibələr bunlarla qazanılacaq” - Trampın yeni nüvə doktrinasına Moskvadan CAVAB

10 Yanvar 2018 17:08

ABŞ-ın yeni nüvə doktrinası və ballistik raketlərin yeni modifikasiyası dünyada strateji qüvvə nisbətini Birləşmiş Ştatların xeyrinə dəyişdirmək gücündə deyil. Bunu ABŞ-ın yeni nüvə doktrinası ilə bağlı məlumatları şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Frans Klinseviç bildirib.

Türkiyə üçün böyük təhlükə - Hər an hücum əmri VERİLƏ BİLƏR

10 Yanvar 2018 17:07

ABŞ Suriyada son kartını oynayır. Uzun illərdir PKK-ya Suriyanın şimalında “dövlət” vəd edən ABŞ indi terrorçuları “nizami ordu”ya çevirməyə başlayıb. PKK və PYD-ni (PKK terror təşkilatının Suriya qanadı - red.) Aralıq dənizinə çatdıracaq “terror dəhlizi” qurmaqda uğursuzluğa düçar olan və Məsud Bərzaninin əli ilə İraqın şimalında referendumdan istədiyi nəticəni ala bilməyən ABŞ PYD-ni əlindəki son kart kimi istifadə etməklə bölgədə daimi qalmaq istəyir.

Rektordan imtahanlarla bağlı dekanlara tapşırıq

10 Yanvar 2018 17:03

Bu gün Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.

Elçin Mirzəbəyli: "Bu, Azərbaycan üçün tarixi hadisədir"

10 Yanvar 2018 16:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Sarkisyan istefaya göndərilir

10 Yanvar 2018 16:37

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan istefaya göndərilə bilər. Bu barədə “Aykakan Jamanak” qəzeti şəxsi mənbələrə istinadən məlumat yayıb. Mənbələr Serj Sarkisyanın Viqen Sarkisyana müdafiə naziri postunda özünü doğrultmadığına görə narazılıq edib. “Respublika Partiyasının kulislərinə müdafiə naziri Viqen Sarkisyanın istefa məsələsi müzakirə olunur.

Fərdi mühafizə vasitələri FHN-nin laboratoriyalarında yoxlanacaq

10 Yanvar 2018 16:35

Yanvarın 10-da AMEA Rəyasət Heyəti Aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib. Bu barədə AMEA-nın mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəisləri iştirak ediblər.

Salyanda 5 otaqlı ev yandı

10 Yanvar 2018 16:34

Salyan rayonunda 5 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Seyidsadıqlı kəndində ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

"2018-ci ilin “AXC ili" elan edilməsinin tarixi əhəmiyyəti var"

10 Yanvar 2018 16:31

"Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti" ili elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var. Bu addım eyni zamanda ictimaiyyətin də ürəyindəndir". Bunu  tarix elmləri doktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

"ASALA-nın "xortlamasına" imkan vermək olmaz" - Ekspert

10 Yanvar 2018 16:28

1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur. Bu barədə məlumatı Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey verib. G.Göksel vurğulayıb ki, Gürcüstanda yaşayan soydaşlarımız, xüsusilə də Cavaxetiya bölgəsinə yaxın kənd və qəsəbələrdəki azərbaycanlılar təhlükə altındadır.