Gündəm

Ruslar ŞOKDA: Fevralın 1-də mövcudluğunu rəsmən dayandırır

10 Yanvar 2018 18:10

Rusiya Federasiyasının Ehtiyat Fondu 2017-ci ilin dekabrında tamamilə xərclənib. Bu haqda ölkənin Maliyyə Nazirliyinin məlumatında deyilir.

Prezident: "Ötən illə müqayisədə bu il iki dəfə çox məcburi köçkün ailəsi yeni mənzillə təmin olunacaq”

10 Yanvar 2018 18:06

“2018-ci ildə yeni mənzillərlə təmin olunacaq məcburi köçkün ailələrinin sayı ötən illə müqayisədə iki dəfə çox olacaq”. Bunu prezidentİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib. 

Nəsimi rayonunda 2017-ci ilin yekunları müzakirə edilib

10 Yanvar 2018 17:56

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanbaba Xankişiyev bildirib ki, ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 4-cü mkr M.Cəlal 40 ünvanda yerləşən "Qərənfil" körpələr evi-uşaq bağçasının 11 sentyabr 2017-ci il tarixdə təntənəli açılışı olub.

Qayınanası Sevdanı biabır etdi: "Deyir ki, uşaqlarımın atası Cəmil deyil"

10 Yanvar 2018 17:54

Müğənni Sevda Sanəliyevanın ailəsi ilə bağlı verdiyi açıqlama həyat yoldaşının anasının etirazına səbəb olub. İfaçının qayınanası sosial şəbəkə vasitəsiylə sənətçinin ünvanına təhqir yazıb.

Ləğvetmə prosesində olan “Dəmirbank”ın ipoteka portfeli 4 banka ötürülüb

10 Yanvar 2018 17:51

Ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin ipoteka portfeli "Muğanbank", "Günay Bank", "Rabitəbank" və "NBC Bank" ASC-lərə ötürülüb. Bu barədə Azərbaycan İpoteka Fondundan məlumat verilib. 

Azərbaycan prezidenti: “2018-ci il TANAP-ın icrası, BTQ dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq”

10 Yanvar 2018 17:50

“Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək”.  Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.  Dövlət başçısı deyib ki, 2018-ci il TANAP layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: “Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək.

Dövlət başçısı: “Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq”

10 Yanvar 2018 17:49

“Ötən il Azərbaycanda baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar. İdmançılarımız komanda hesabında birinci yerə çıxdılar” . 

Azərbaycanlı iş adamının oğurlanması ilə bağlı Ukrayna DİN-in qarşısında aksiya keçirilib

10 Yanvar 2018 17:47

Ukraynada yaşayan azərbaycanlılar Ukrayna Daxili işlər Nazirliyi (DİN) qarşısında etiraz aksiyası keçiriblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları 2017-ci il dekabrın 11-də axşam saat 19:00 radələrində Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayevin axşam işdən dönərkən yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanması və bu cinayətin üstünün açılmamasına etiraz ediblər.

Prezident: “BTQ dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib”

10 Yanvar 2018 17:43

“Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılması böyük əhəmiyyət daşıyar”.  Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. 

Dövlət başçısı: “Keçən il 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb”

10 Yanvar 2018 17:40

“Keçən il infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılıb”.  Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. 

Dövlət başçısı: "Azərbaycan yeni silahlar alacaq"

10 Yanvar 2018 17:39

“Azərbaycanın hərbi gücü artıb”.  Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident ötən ilin iqtisadi göstəricilərini açıqlayıb

10 Yanvar 2018 17:38

“Davos İqtisadi Forumu 2017-ci ildə Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə göstərib. Ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur”. Məlumata görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O deyib ki, 2017-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul və qeyri-neft sektoru artıb: “Qeyri-neft sənayesində 3,6 faiz  kənd təsərrüfatında 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb”.

Prezident: “Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”

10 Yanvar 2018 17:36

“Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

ABŞ-da vəfat edən tanınmış musiqiçi Çingiz Sadıxovun nəşi Azərbaycana gətiriləcək

10 Yanvar 2018 17:35

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən görkəmli musiqiçi Çingiz Sadıxovun nəşi vətənə gətiriləcək və Bakıda II Fəxri xiyabanda dəfn ediləcək. Bu barədə  Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda aidiyyəti dövlət qurumları bununla bağlı təşkilati işləri həyata keçirir. Tanınmış azərbaycanlı pianoçu, xalq artisti Çingiz Sadıxov Amerika Birləşmiş Ştatlarında vəfat edib.

Dövlət başçısı: “2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”

10 Yanvar 2018 17:33

“2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib”. Məlumata görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.