Nəsimi rayonunda 2017-ci ilin yekunları müzakirə edilib
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanbaba Xankişiyev bildirib ki, ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 4-cü mkr M.Cəlal 40 ünvanda yerləşən "Qərənfil" körpələr evi-uşaq bağçasının 11 sentyabr 2017-ci il tarixdə təntənəli açılışı olub.
10 Yanvar 2018 17:56 SosialNəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanbaba Xankişiyev bildirib ki, ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 4-cü mkr M.Cəlal 40 ünvanda yerləşən "Qərənfil" körpələr evi-uşaq bağçasının 11 sentyabr 2017-ci il tarixdə təntənəli açılışı olub. Açılışda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva "Qərənfil" körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. 1968-ci ildən fəaliyyət göstərən bu bağça 2 ha ərazisi 2 800 kv.m tikili sahəsi, 3 korpus, hər biri 3 otaq olmaqla 12 qrup, 12 sanitar qovşağı, 9 köməkçi otaqdan ibarətdir. Bundan başqa böyük mətbəxi, 2 anbarı və çamaşırxanası vardır. Baxçanın həyətində uşaqların oynaması üçün müxtəlif oyun elementləri, meydançalar salınmış və 8 ədəd söhbətgah quraşdırılıb, 3 000 kv.m qazon və 5 000 kv.m asfalt döşənib, 500-ə yaxın meyvə ağacı və gül kolları əkilib. Bağçanın təmirindən sonra bütün mebel dəstləri və avadanlıqları yenisi ilə əvəz olunub.Heydər Əliyev Fondunun Vitse- Prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən"Bizim-Həyət" layihəsinə ilk olaraq Bakının Nəsimi rayonu qoşulub. Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulub.Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2017-ci ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcək.